Modern.az

Ukrayna Azərbaycanlıları Konqresinin sədri niyə istefa verib?

Ukrayna Azərbaycanlıları Konqresinin sədri niyə istefa verib?

Ölkə

22 Noyabr 2011, 16:14

Ukrayna Azərbaycanlıları Konqresinin sədri İlqar Abbasovun qurumun rəhbərliyindən getməsinə səbəb diaspor təşkilatları arasında olan narazılıqla bağlıdır. Bu barədə Modern.az saytına Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarından məlumat verilib.

Bir müddət öncə Ukrayna Azərbaycanlılarının Konqresinin sədri İlqar Abbasovun qurumun rəhbərliyindən getməsi barədə məlumat vermişdik. Ukraynadakı diaspor təşkilatlarından Modern.az saytına verilən məlumata görə, sədrin istefa verməsinə səbəb kimi ölkədə fəaliyyət göstərən diaspor təşkilatları arasındakı narazılıq göstərilir.

Modern.az-ın əməkdaşı məsələyə Diasporla İş Üzrə Dövlət Komitəsindən də münasibət öyrənməyə çalışıb. Komitənin mətbuat xidmətindən bu istefa barədə xəbərdar olduqlarını bildiriblər.

“Bununla bağlı komitəyə məlumat daxil olub. Amma Ukraynadakı diaspor təöşkilatları arasında heç bir narazılıq yoxdur. İlqar Abbasov öz istəyi ilə istefa verib”.

Mətbuat xidmətindən həmçinin qeyd ediblər ki, məsələ ilə bağlı daha ətraflı məlumat qurumun mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov ezamiyyətdən gəldikdən spnra veriləcək.

Qeyd edək ki, İlqar Abbasobun istefası ötən həftə Kievdə keçirələn diaspor təşkilatının İdarə Heyətinin toplantısında reallaşıb. Ukrayna Azərbaycanlıları Konqresinin sədri vəzifəsinin icrası hələlik qurumun sədr müavini Qurban Abbasova həvalə olunub.

İlqar Abbasov 9 aprel 1967-ci ildə Azərbaycan Respublikasının Culfa rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Gürcüstanda həqiqi hərbi xidmət keçib. 1991-ci ildə Ukrayna Dövlət Qida Texnologiyaları Universitetinə qəbul olunub və 1996-cı ildə həmin təhsil ocağının “Qida məhsulları cihazları” fakültəsini bitirib.

Ukraynada Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edib. 2007-ci ildə “Ukrayna – Azərbaycan dostluğu” Beynəlxalq Xeyriyyə Fondunu təsis edib. İlqar Abbasov həm də “Polissiya” şirkətinə rəhbərlik edir. Şirkət Ukrayna, Azərbaycan və Rusiya mətbəxinə aid 120 çeşiddə dondurulmuş yarımfabrikat istehsal edir.
İlqar Abbasov 3 may 2010-cu ildə Ukrayna Azərbaycanlıları Konqresinin ali orqanı olan konfransda böyük səs çoxluğu ilə UAK-ın sədri seçilmişdi.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər