Modern.az

Vahid Əhmədov parlamentdə nazirləri laqeydlikdə günahlandırdı

Vahid Əhmədov parlamentdə nazirləri laqeydlikdə günahlandırdı

22 Noyabr 2011, 16:33

Modern.az saytının xəbər verdiyi kimi, noyabrın 22-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi başlayıb.

Büdcə layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib. Nazir 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan sənədlər barədə ətraflı məlumat verib.

Əməkdaşımızın Milli Məclisdən verdiyi xəbərə görə, günün birinci yarısında büdcə müzakirələrinə ilk dəfə olaraq Baş nazir Artur Rasizadə də qatılıb. Eyni zamanda müzakirələrdə nazirlərin çoxu iştirak edib.

Amma fasilədən sonra – günün ikinci yarısında büdcə müzakirələri davam etdirilərkən nazirlərin əksəriyyətyi iclas zalına qayıtmayıb.  Bu isə deputatların ciddi narazlılığına səbəb olub.

Bu narazılıq millət vəkili Vahid Əhmədov tərəfindən səsləndirilib. V.Əhmədov deyib ki, gələn ilin büdcə layihəsi  kimi dövlət əhəmiyyətli çox vacib sənədin müzakirəsini yarımçıq tərk edən nazirlərin hərəkəti başadüşülən deyil. Deputat iclasa qayıtmayan nazirləri laqeydlikdə günahlandırıb.

Spiker Oqtay Əsədov isə deyib ki, iclasa qayıtmayan nazirlər müəyyən səbəblərdən gecikirlər və onların  iştirakı təmin olunacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər