Modern.az

Bakıda varlılar üçün yeni rayon olacaq - “Yaşıl ada” rayonu

Bakıda varlılar üçün yeni rayon olacaq - “Yaşıl ada” rayonu

23 Noyabr 2011, 11:08

Azərbaycan paytaxtında “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində “Yaşıl ada” rayonu  inşa olunacaq. Modern.az saytının AzərTAc-a istinadən verdiyi məlumata görə,  “Bakı Ağ Şəhər” layihəsinin icra qrupundan  bildirilib  ki, Böyük Britaniyanın “Atkins” şirkətinin layihəsinə əsasən tikiləcək “Yaşıl ada”da Fəvvarələr meydanının qərbində, fransız üslublu, orta hündürlüyü olan evlərlə əhatə olunan  45 villalı rayon yerləşəcək. Rayonun tam mərkəzində, yüksəklikdə yerləşəcək “Aypara Residence” adlanacaq yaraşıqlı bina ətrafda təkrarolunmaz bir atmosferin yaradılmasına xidmət etməklə yanaşı, şəhərin müasir memarlığına qiymətli tövhə olacaq.
 Layihəyə görə, ərazisi 22,5 hektar nəzərdə tutulan rayonda 312 min 200 kvadratmetrlik yaşayış, 23 min 520 kvadratmetrlik ticarət sahəsi, eləcə də yaşıllaşdırılmış küçə və bağların salınması da planlaşdırılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər