Modern.az

ABŞ səfirliyi Rafiq Tağının qətli ilə bağlı bəyanat yayıb

ABŞ səfirliyi Rafiq Tağının qətli ilə bağlı bəyanat yayıb

Ölkə

29 Noyabr 2011, 11:46

ABŞ-ın Azərbaycandakı səfirliyi yazıçı Rafiq Tağının qətli ilə bağlı bəyanat yayıb. Səfirlikdən Modern.az-a göndərilən bəyanatda deyilir:

“Amerika Birləşmiş Ştatları Bakıda jurnalist Rafiq Tağının bu yaxınlarda baş vermiş qətlini pisləyir və cənab Tağının ailəsinə, dostlarına, həmkarlarına və oxuyucularına dərin başsağlığı verir.

Digər qətllər kimi, bu cəzalandırılmalı olan qətl də ədalət tələb edir. Bu məxsusi halda isə cənab Tağının jurnalist fəaliyyətinə görə hücuma məruz qalması ehtimalı cinayətin tezliklə həll olunması və bununla da, din və siyasət də daxil olmaqla, bütün mövzularda mətbuat və ifadə azadlığının təmin edilməsi tələbatını artırır. Bu azadlıqlar hər bir sağlam demokratiya sisteminin əsas hissələridir.

Biz Azərbaycan hökumətinin cənab Tağının məruz qaldığı hücumu araşdırmaq məqsədilə xüsusi işçi qrupu yaratmasını alqışlayırıq və bu dəhşətli cinayəti həyata keçirmiş canilərin məhkəmə qarşısına çıxartmaq üçün bütün resurslardan istifadə etməyə dəvət edirik”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər