Modern.az

Bu gün Azərbaycanda seçki keçirilir

Bu gün Azərbaycanda seçki keçirilir

Ölkə

30 Noyabr 2011, 09:46

Bu gün Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirlir. Səhər saat 08.00-dan etibarən seçkilər keçirilən ərazilər üzrə seçki məntəqələri açılıb. Proses axşam saatlarınadək davam edəcək, saat 19.00-da səsvermə üçün seçicilərin seçki məntəqəsinə daxil olması dayandırılacaq.

Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçkilər ölkə üzrə 125 seçki dairəsindən 86-nı əhatə edəcək. Bu dairələrdəki 1169 seçki məntəqəsində normal səs vermək üçün hər cür şərait yaradılıb.
Seçici siyahılarında 1 milyon 155 min 864 seçicinin adı var. Adları seçici siyahısında olmayan seçicilər aşağı seçki komissiyalarına müraciət edərək qanun çərçivəsində səs verə biləcəklər.
Bu seçkilərdə 1549 namizəd 464 yer uğrunda mübarizə aparacaq.
Seçkiləri izləmək üçün ümumilikdə 10 minə yaxın yerli və beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Yerli və beynəlxalq müşahidəçilər bütün məntəqələrdə səsvermə prosesinin gedişini maneəsiz izləyə biləcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər