İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır. Bu müddət ərzində müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Konfransı Təşkilatı (İKT), Şimali Atlantika Alyansı (NATO), Avropa Şurası Parlament Assambleyası (AŞ PA), ayrı-ayrı ölkələrin parlamentləri və digərləri bu məsələ ilə bağlı müxtəlif sənədlər qəbul ediblər. Ancaq bütün bunlar məsələnin həllini bir millimetr belə qabağa apara bilməyib.
Bəs, Azərbaycanda bu qurumlar barədə nə düşünürlər...
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, beynəlxalq təşkilatlar içərisində ATƏT, BMT, AŞ PA, Avropa Birliyi və s. bunların heç birindən Qarabağ probleminin həlli ilə bağlı ədalətli mövqey gözləmir: “Bu günə kimi onların qəbul etdiyi sənədlər kağız üzərində qalıb və heç biri həyata keçirilməyib. Onlar müəyyən sənədləri qəbul etməyi Azərbaycan cəmiyyətini aldatmaq məqsədi güdür. Yalandan ümudlər verirlər ki, hansısa sənəd qəbul olundu. Qəbul olunan sənədlər yerinə yetirmək üçün qəbul olunmur. Ona görədə mənim adlarını çəkdiyim beynəlxalq qurumların heç birinə ümudim yoxdu ki, hansısa qərarlar qəbul eləsinlər və onu yerinə yetirsinlər. İslam Konfransı Təşkilatı (İKT) bir neçə dəfə ədalətli qərar qəbul edib. Biz istəyirik ki, İKT-nin qəbul elədiyi qərarlar yerinə yetirsinlər. Daha çox İslam dünyasından Qarabağ məsələsinə dəstək gözləyirik. Çox istəyirəm ki, İKT-yə daxil olan ölkələr qəbul elədikləri sənədə uyğun hərəkət etsinlər. Məsələn, İran İslam Respublikası işğalçı Ermənistanan xoş münasibətlər qurmasın, münasibətlərini dayandırsın, ərəb ölkələri Ermənistala əlaqələrini dayandırsın. Burda qərar verirlər, o tərəfdən isə iqtisadi, siyasi əməkdaşlıq edirlər. Belə olmaz”.
Tanınmış palitoloq Eldar Namazov isə hesab edir ki, bu dünyanın düzəni elədir ki, arxanda güc, güclü müttəfiqlərin olmasa sən haqlı olanda da görürsən ki, öz haqqını qoruya bilmirsən. Beynəlxalq təşkilatların hamısıyla təbii ki, işləmək lazımdır. Dünyanın ictimai rəyini formalaşdırmaq lazımdır. Qarabağ məsələsinin mahiyyətini beynəlxalq təşkilatların hamısına aşılamaq lazımdır. Ancaq bütün hallarda Qarabağ probleminin həlli Azərbaycanın güclü olmağından aslı olacaq, Azərbaycan ordusunun bu torpağları azad etməyə qadir olmasından aslı olacaq, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin güclu olmasından asılıdır. Yəni biz öz gücümüzü ortalığa qoymadan əvəzimizə heç kəs o torpaqları azad etmiyəcək. Ona görə mən hesab edirəm ki, hər iki istiqamətdə çalışmalıyıq. Həm beynəlxalq qurumlarla işləməliyik, eyni zamanda bizim əsas diqqətimiz ona yönəlməlidir ki, Azərbaycanın daxilində milli birlik olsun, sabitlik olsun, güclü inkşaf olsun. Buna nail olmaq üçün ölkədə çox ciddi islahatlar aparmağa böyük ehtiyac var”.
Millət vəkili, palitoloq Aydın Mirzəzadə isə bildirib ki, əslində hər bir beynəlxalq təşkilatın gerçək prinsipi Azərbaycanın milli maraqlarına cavab verir: “Bu qurumların hamısı ədalətli, beynəlxalq hüquq normalarına uyğun plaraq dövlətlərin ərazi bütövlüyünü, vətəndaşların hüquq və azadlıqlarını qoruyur. Bu baxımdan hesab edirəm ki, adı çəkilən beynəlxalq təşkilatların hər biri bu gün Dağlıq Qarabağ probleminin həllinə cavabdehdilər. Onların hər birinin öz prinsiplərinə sadiqlik nümayiş etdirərək kifayət qədər ata biləcəkləri addımlar var, ancaq bunu etmirlər”.
Mail Ağaxanov