Modern.az

Bakının yeni Baş Planından xəbər var

Bakının yeni Baş Planından xəbər var

Ölkə

30 Noyabr 2011, 16:42

Azərbaycan paytaxtı üçün amerikalı mütəxəssis və italiyalı memarla müqavilə bağlanılıb

Bakının yeni Baş Planı ("Böyük Bakının Regional İnkişaf Planı") layihəsi üzərində aparılan hazırlıq işləri tamamlanıb. Bununla bağlı Modern.az saytına Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, Dünya Bankı ilə razılaşdırılmış 4  məsləhətçi xidmətlərinə dair müqavilələrdən 3-ü artıq imzalanıb.
O cümlədən layihənin koordinasiya funksiyalarının həyata keçirilməsi üzrə Bakı Dövlət Layihə İnstitutu ilə imzalanmış müqavilədən sonra "Böyük Bakının rəqabətlilik və yerli iqtisadi inkişafı" və "Şəhər və regional  planlaşdırılması" üzrə tender prosedurları nəticəsində seçilmiş beynəlxalq məsləhətçilərlə  - ABŞ-dan olan şəhər iqtisadiyyatı üzrə mütəxəssis xanım Kaya Miller və Şəhər-Regional Planlaşdırma istiqaməti üzrə italiyalı təcrübəlı memar Ancelo de'Urso ilə müvafiq müqavilələr bağlanıb.

"Ətraf mühitin strateji qiymətləndirilməsi" üzrə məsləhətçi şirkətinin  seçilməsi üçün satınalma proseduru isə davam edir və cari ilin sonunda seçilmiş namizədlə müvafiq müqavilənin bağlanması gözlənilir.

“Ümumiyyətlə, "Böyük Bakının Regional  İnkişaf  Planı" layihəsinin tamamlanması 2012-ci  ilin sonuna planlaşdırılır”-deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər