Düzünü deyim ki, Suriyanın antixalq lideri Bəşər Əsədin son açıqlaması ilə bağlı saytda verilən informasiyanın başlığı mənə təəccübləndirdi - “Bəşər Əsəddən şok açıqlama: “Bizdən sonra növbəti hədəf postsovet ölkələridir...”. Axı ,əziz həmkarlarım, sevimli "Modern"cilər bunu nəyin şokdur, mən başa düşə bilmirəm?! Onsuz da hamı-əksəriyyət elə əvvəldən bilir, ehtimal-proqnoz edir ki, bu "ərəb baharı" haraya kimi hədəflənib, haraya və kimlərə qədər istiqamətlənib,istiqamətləndirilib. Tunisdən, daha doğrusu, katolikdən daha çox katoliklik edən Misirdən-Hüsnü Mübarəkdən başlanan məlum "ərəb baharı" dünyada şər imperiyasının başında dayanan Rusiyanın çöküşünə kimi davam edəcək və işə salınmış ssenari də elə məhz bunun üçündür. ABŞ və Qərb dövlətləri, məşhur "Hicran" tamaşasında deyildiyi kimi, bu dəfə artıq məsələni birdəfəlik, loru dilə isə desək, "hoptum" həll etmək istəyirlər və yavaş-yavaş öz hədəflərinə də nail olmaq üzrədirlər. Onlar bu dəfə heç cür geçikmək ,oğul Buş kimi Rusiyayla və onun ağılda olanlarla,antixalq rejim başçıları ilə yendən "qaçdı-tutdu" oynamaq istəmirlər. Özü də deyim ki, bu ssenarini,layihəni də hədəflədikləri ölkələrin və onların xalqlarının maraqları naminə yox, öz təhlükəsizlik və digər...maraqları naminə edirlər. Sadəcə, bu dəfə bir qədər insaflı...davranmaq istəyirlər...
... Suriya ilə İran da artıq, necə deyərlər, "vot-vot"dadırlar. Heç atılıb düşməsinlər, onların-antixalq, antiinsani rejimlərinin qatarları artıq çoxdan gecikib,hər şey bumeranq kimi onların özlərinə qayıdıb dəyir , yəni, onların məsələsi sovetlər dövründə deyildiyi kimi,"yuxarı dairələrdə" həll olunub. Sadəcə, ağıl istər ki-o da olsa-xoşluqla öz postlarını hürr və tərəqqipərvər qüvvələrə təhvil verib, gedələr...
Sonra yavaş-yavaş Orta Asiya, Ermənistan, Belarus, hətta, Şimali Koreya, Çin, İsrail və Rusiya! Ola bilsin, hələlik Çinlə İsrail sonrakı mərhələyə saxlanılsın-amma siyasətdə nəyisə proqnoz da vermək bir qədər çətindir. Bu yerdə onu da deyim ki,ABŞ və Qərbin Rusiya, Çin və İsraillə bağlı planlarının ipuclarını məhşur ABŞ siyasətçisi, eks-prezidentliyə namizəd Çon Makkeyn hələ bir müddət öncə mediaya açıqlamasında verib. Hər halda, ABŞ siyasətçiləri də - hansı mövqedə durmasından asılı olmayaraq - bizimkilərdən fərqli olaraq, elə-belə, boş-boşuna proqnoz,yaxud, açıqlama vermirlər, hər şeyi yüz ölçüb-bir biçirlər. Keçmiş SSRİ-nin və postsosialist məkanının-rejimlərinin də çökdürülməsi məhz bu cür-bir qədər fərqli formada olsa, belə - olmuşdu. Əvvəlcə keçmiş SSRİ məkanında başlanan, başladılan, sonra isə digər postsosialist məkanlarında alovlanan, alovlandırılan proseslər sonucda onların və nəhayət, sovetlərin süğutu ilə başa çatdı, yaxud, çatdırıldı.Yəni,ortalıqda olan yenə də “köhnə-təzə” ssenaridir,həmçinin, yuxarıda qeyd etdiyim kimi, bir qədər fərqli formada...
Odur ki, indi nə qədər gec deyil, bu "ərəb baharı" dalğasını yaşamamış -hələlik- ölkələr və onların başbilənləri papaqlarını-əgər varsa- qabaqlarına qoyub, yaxşı-yaxşı götür- qoy etsinlər, özlərini, ən əsası isə dövlətlərini, onilliklər boyu heç nədən zillət çəkdirdikləri insanlarını növbəti bəlalara sürükləməsinlər, başqaları "verincə", özləri öz xalqlarına, insanlarına çoxdan haqq etdikləri əsl hürrü, demokratiyanı, mənəviyyata, əxlaqa söykənən inkişafı, tərəqqini versinlər, bəxş etsinlər. Sonrası...