Modern.az

Prezident Azərbaycanda minimum əməkhaqqını artırdı

Prezident Azərbaycanda minimum əməkhaqqını artırdı

1 Dekabr 2011, 18:51

Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, sənəd Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Sərəncamda qeyd edilib:

1. Minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.
 
Modern.az-ın məlumatına görə, indiyədək Azərbaycan Respublikasında  minimum aylıq əməkhaqqının məbləği 85 manat təşkil edirdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər