Dekabrın 4-də Azərbaycanın Futbol Çempionatında - Unibank Premyer Liqasında XV turun oyunları keçirilib.
Modern.az saytının məlumatına görə, çempionatın lideri Bakının “Neftçi” klubu Zaqatala “Simurq”unu darmadağın edib - 4:2.
Tovuzda “Turan” ğdamın “Qarabağ” kulubu qəbul edib. "Qarabağ" Tovuzda üç xal qazanıb - 0:1.
Çempionatın digər lideri “Xəzər Lənkəran” isə öz meydanında Bakının “İnter” klubuna uduzub – 0:1. Bu oyununun sonlarında xoşəgəlməz insident yaşanıb. Tribunadan atılan daş “İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadazenin başına dəyib. Başı yarılan məşqçiyə həkimlər yardım göstəriblər.
Oyundan sonra isə “Xəzər Lənkəran” klubunun rumın baş məşqçisi Mirça Rednik istefaya göndərilib.
XV tur
“Xəzər Lənkəran” – “İnter” 0:1
AZAL – “Bakı” 1:0
”Rəvan” – “Kəpəz” 1:2
“Neftçi” – “Simurq” 4:2
“Qəbələ” – “Sumqayıt Şəhər” 3:1
“Turan” – “Qarabağ” 0:1
Turnir cədvəli
|
|
|
|
|
|
| |
1 | Neftçi | 15 | 10 | 1 | 4 | 27-13 | 31 |
2 | İnter | 15 | 8 | 5 | 2 | 13-8 | 29 |
3 | Xəzər Lənkəran | 15 | 8 | 4 | 3 | 20-16 | 28 |
4 | Bakı | 15 | 7 | 4 | 4 | 22-13 | 25 |
5 | Qarabağ | 15 | 7 | 3 | 5 | 18-14 | 24 |
6 | Qəbələ | 15 | 6 | 3 | 6 | 17-19 | 21 |
| |||||||
7 | AZAL | 15 | 5 | 5 | 5 | 19-17 | 20 |
8 | Rəvan | 15 | 4 | 6 | 5 | 18-19 | 18 |
9 | Simurq | 15 | 4 | 4 | 7 | 15-19 | 16 |
10 | Kəpəz | 15 | 4 | 4 | 7 | 19-24 | 16 |
11 | Turan | 15 | 3 | 2 | 10 | 9-22 | 11 |
12 | Sumqayıt Şəhər | 15 | 2 | 3 | 10 | 8-21 | 9 |
Modern.az