Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbi yaradılıb.
Dövlət Neft Şirkətindən Modern.az saytına verilən məlumata görə, ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.
Ali məktəbin fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək üçün inkişaf etmiş ölkələrin aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələr yaradılması nəzərdə tutulub. Tədris prosesinin Azərbaycan və ingilis dillərində təşkil ediləcəyi ali məktəbdə ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayacaqlar.
Modern.az