Təhsil Nazirliyinin bu il apardığı araşdırmalar nəticəsində Azərbaycanda saxta diplomla işləyən 455 müəllim aşkarlanıb və onların hamısı işdən çıxarılıb. Məsələyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında münaqsibət bildirib. TQDK sədri deyib, o, bu fakta ancaq gülə bilər.
“Mən buna ancaq gülürəm... Ümid edirəm ki, saxta diplomların paylanmasına sovet hökuməti imkan verməyib” deyən M.Abbaszadə bununla da saxta diplomlara görə məsuliyyətin Təhsil Nazirliyinin üzərinə düşdüyünü bildirib.
“Orta məktəblərdə 455 nəfərin saxta diplomla işə götürülməsi mənə çox təəccüblü gəlir. Çünki diplomları verən və təsdiqləyən, bir sözlə buna cavabdeh olan təşkilat elə Təhsil Nazirliyidir”.
Modern.az