Modern.az

Kəmaləddin Heydərov Bakıdakı “Xruşovka” binalarının sökülməsini istəyir

Kəmaləddin Heydərov Bakıdakı “Xruşovka” binalarının sökülməsini istəyir

8 Dekabr 2011, 14:46

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün jurnalistlərə açıqlamasında deyib ki, rəhbərlik etdiyi nazirlik hökumətə "Xuruşovka" layihəli binaların müəyyən formada bərkidilməsi və ya digər işlər görülməsi, o cümlədən sökülməsi barədə təklif verəcək.
"Biz hökumətə təklif verəcəyik ki, "Xuruşovka" layihəli binalarda gələcəkdə hansısa formada bərkitmə işləri aparılsın, ya da onlar dəyişdirilsin".

Onun sözlərinə görə, Azərbaycanda sovet dövründə və ondan qabaq inşa olunmuş binalar var ki, onlar öz istismar müddətini başa vurub.

Modern.az-ın məlumatına görə,  fövqəladə hallar naziri Kəmaləddin Heydərov hələ 3 il öncə mediaya verdiyi açıqlamada “Xrusovka” və “Stalinka” layihəli binaların söküləcəyini bildirmişdi. O zaman nazir  binaların sökülməsi prosesinin mərhələ-mərhələ həyata keçiriləcəyini söyləmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər