ATƏT-in Minsk qrupundan ümidlərin üzüldüyü bir vaxtda Azərbaycan ordusunun zəif göstərilməsi kimlərin marağındadır?
Son bir ildə Azərbaycan məbuatında Müdafiə Nazirliyinə, onun rəhbərliyinə hücumların artması açıq müşahidə edilir. Daha dəqiqi mətbuatdan bir vaistə kimi istifadə olunur. Nə yazıq ki, bəzi KİV-lər və QHT-lər ya məsuliyyətlərini başa düşməyərək, ya ucuz şou yaratmaq xətrinə, ya da sifarişlə ölkənin milli maraqlarından irəli gələn strateji əhəmiyyətli məqamları arxa plana keçirməklə əslində orduya yönəlik bu təxribat xarakterli hücumların daşıyıcısına çevrilirlər. Bunlar əsasən 2 formada həyata keçirilir.
Orduya yönəlik təxribatlar hansı formada həyata keçrilir?
Birincisi, Müdafiə Nazirliyinin rəhbərliyində olan şəxslər, ayrı-ayrı yüksək rütbəli hərbiçilər barədə bəzən açıq böhtan xarakteri daşıyan, bəzən isə qəsdən şişirdilmiş məlumatlar kompramat adı ilə mətbuatda dərc olunur. Son dövrlər bəzi mətbuat orqanlarında dərc olunan və kiçik araşdırmadan sonra təkzib olunan anonim məktublarda yazılanlar buna əyani sübutdur. Əslində həmin məktubların məzmununa diqqət yetirdikdə onların təxribat xarakterli, ordunun nüfuzuna xələl gətirməyə, onu gözdən salmağa, ordu daxilində milli təfriqə yaratmağa hesablandığını görmək o qədər çətin deyil. Gah ehtiyatda olan hərbiçilərin, gah naməlum zabitlərin, gah da bir qrup kursantın adından dərc olunan, əslində isə onlara heç bir aidiyyəti olmayan həmin məktublarda yazılanların yalan və iftira olduğu sonradan sübut olunsa da, bunun ictimai rəyə təsirsiz ötüşdüyünü iddia etmək olmaz. Əhalinin xüsusilə az məlumatlı qismi üçün ilkin informasiyalardan doğan təəssüratlar daha təsirli olur, nəinki sonrakı təkziblər. Bu cür məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır, ordu rəhbərliyinə qarşı müəyyən inamsızlıq toxumu səpir.
İkincisi, bəzi QHT-lər və KİV-lər ordu quruculuğu ilə bağlıı müxtəlif məsələləri intensiv şəkildə müzakirəyə çıxarmaqla, orduda olan bəzi problemləri, bir çox hallarda şişirdərək yanlış şəkildə cəmiyyətə təqdim etməklə Müdafiə Nazirliyinə, dolaysıyla orduya qarşı mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. Bəzən hətta etik normaları tapdalayan bu cür müzakirələrin və yanlış məlumatların Silahlı Qüvvələrimizin üzərinə götürdüyü tarixi missiyanı dolayıı yolla aşağılamasının belə fərqinə varmırlar. Nəyin bahasına olursa-olsun ordu rəhbərliyi haqqında ictimaiyyətdə yanlış və qeyri-obyektiv rəy formalaşdırmağı qarşısına məqsəd qoyanlar bu zaman Silahlı Qüvvələrimizin nüfuzuna zərbə vurmaqdan belə çəkinmirlər. Elə bu yaxınlarda Bakının mərkəzində- Fəvvarələr meydanında bir qrup gəncin ordudakı itkilərə etiraz adı altında təşkil etdikləri aksiya buna misal ola bilər. Şübhə yoxdur ki, əksəriyyəti hələ ordu sıralarında olmamış, ordudakı real durumdan xəbərsiz olan bu gəncləri belə bir aksiya keçirməyə təfriq edənlər, onları buna məyyən mənada həvəsləndirənlər var.
Azərbaycan ordusunun zəif göstərilməsinə cəhd olunur
Və ona da şübhə yoxdur ki, həm bu aksiya, həm də bu adla son vaxtlar bəzi ictimai qurumların təşkil etdikləri müzakirələr heç də problemlərin həllinə kömək məqsədi daşımır, sadəcə Müdafiə Nazirliyinin rəhbərliynə qarşı kampaniyaya çevrilir. Təsadüfi deyil ki, bu cür tədbirlərdə problemin səbəblərinin araşdırılması çağırışları, həllinə dair təkliflər deyil, məhz Müdafiə Nazirliyi rəhbərliyinin istefaya göndərilməsi tələbi səsləndirilir. Bu isə onu deməyə əsas verir ki, bu cür aksiya və ictmai müzakirələri təşkil edənlər səmimi deyillər.
Ümumiyyətlə bu gün orduyla sözün həqiqi mənasında soyuq müharibə aparan bəzi KİV və QHT-lərin bu istiqamətdəki fəaliyyətində, fikirlərində aşkar qeyri-səmimilik, kimlərinsə şəxsi maraqlarına xidmət etmək meylləri özünü büruzə verir. Onların bilərəkdən və ya blməyərəkdən daha böyük oyunların iştirakçısına çevrilməsi ehtimalı da kifayət qədər böyükdür. Bu qənatə gəlməyimiz heç də təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycan ordusunun zəif göstərilməsi, orduya və Müdafiə Nazirliyi rəhbərliyinə qarşı inamsızlıq formalaşdırılması bəzi dairələrin xüsusi marağındadır. Kimlərin?
Ordu peşəkarlarla komplektləşdirilib
Bu suala cavab verməzdən öncə qeyd edək ki, bu gün Azərbaycan Silahlıı Qüvvələrinin Cənubi Qafqazda ən qüdrətli ordu olduğu birmənalıdır. Vahid komandanlıq altında etibarlı idarə olunan Azərbaycan Silahlıı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızıı təhdid edən hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Silahlıı Qüvvələrinin bütün qoşun növlərində, bütün strukturlarında maddi-texniki təchizatın, hərbi bilik və bacarıqlarıın, döyüş qabiliyyətinin artırılması üçün yaradılan şəraitin yüksək səviyyədə olması artıq hər kəsə bəllidir. Bu gün dost da, düşmən də yaxşı bilir ki, müasir hərb elminin tələblərinə, fundamental ordu quruculuğu prinsiplərinə uyğun formalaşmışış Azərbaycan Silahlıı Qüvvələri qısa müddətdə böyük inkişaf yolu keçmişdir. Və burda ölkə rəhbərliyinin ordu quruculuğuna göstərdiyi qayğı təbii ki, həlledici rol oynayıb. Eyni zamanda Azərbaycanda Silahlı Qüvvələri NATO standartlarına uyğun yenidən qurulmasında Müdafiə Nazirliyinin indiki rəhbərliyinin rolu danılmazdır. Müstəqillik illərində orduda bütün sahələrdə islahatlar aparılıb. Silahlı Qüvvələrin əşya və ərzaq təchizatı yaxşılaşdırılıb, müasir texnikalar, təyyarə və vertolyotlar, artilleriya qurğuları, atıcı silahlar, onların təmiri üçün ehtiyat hissələri, avadanlıqlar, cihazlarla təmin olunub. Bu gün hərbi hissələrdə texnikaların 90-95 %-i döyüşə hazır vəziyyətdədir. Hərbi təhsilə diqqət artırılıb. NATO və digər inkişaf etmiş dünya ölkələrinin ordularında olan təcrübə öyrənilir və Azərbaycan ordusunda tətbiq edilir. Ordu peşəkarlarla komplektləşdirilib. Azərbaycan zabitləri dünyanın inkişaf etmiş ölkələrinin, Amerikanın, Türkiyənin, Çinin, Pakistanın hərbi məktəblərində təhsil almağa göndərilir. Bunun nəticəsidir ki, əvvəllər orduda hərbi təhsili olan zabitlər yalnız 30-40 % təşkil edirdisə, bu gün 90 %-dən çoxdu.
Paralel olaraq ordunun mənəvi-psixoloji hazırlığıı yüksəldilib. Komandir-əsgər münasibətləri hərbi nizamnamənin tələblərinə uyğun qurulub.Və bütün bu istiqamətlərdə işlər davam etdirilir.
Son vaxtlara qədər əhali arasnda müəyyən narazılığa səbəb olan hərbi çağırışdakı problemlər də məhz proses Müdafiə Nazirlyinin nəzarətinə keçdikdən sonra həllini tapmaqdadır. Bu sahədə hüquqi baza möhkəmləndirilib, qanunsuzluqların qarşısı maksimum alınıb. Bütün bunların arxasında nə qədər gərgin iş dayandığını xüsusi izah etməyə ehtiyac yoxdu ki, bunlar məhz son illərdə həyata keçirilib.
Azərbaycanın müharibə şəraitində olması unudulur
Ancaq bəzi qüvvələr bütün bunları kölgə altına alaraq ordudakı müəyyən kiçik problemləri şişirdərək cəmiyyətdə yanlış rəy yaratmağa cəhd edir. Qəribə də olsa uğurlar deyil, yanız problemlər Müdafiə Nazirliyinin adıyla bağlanılır. Əlbəttə, orduda müəyyən problemlər mövcuddur. Müdafiə Nazirliyi də baş verən hər hansıı neqativ halıı nəinki inkar etmir və problemləri aradan qaldırmaq istiqamətində çalışdığını bildirir.
Ancaq bu problemləri Müdafiə Nazirliyinin rəbərliyilə əlaqələndirmək ən azı qeyri-obyektivlikdir. Orduda bü gün əsas problem kimi qabardılan əsgər ölümləridir ki, bunun da arxasında müəyyən obyektiv və subyektiv səbəblər durur.
Oyektiv səbəb kimi Azərbaycanın müharibə şəraitində olmasını qeyd etmək olar. Unutmayaq ki, əsgərlər və zabitlərimiz düşmənlə üz-üzə dayanıb. Və xain düşmən hər fürsətdə atəşkəsi pozaraq vətənin müdafiəsində duran övladlarımızı şəhid edir. Təbii ki, onların cavabı verilir və düşmən də böyük itkilərə məruz qalır. Əlbəttə, heç kim, o cümlədən Müdafiə Nazirliyi bir gəncimizin belə şəhid olmasını istəməz. Ancaq reallığı da nəzərə almaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, bu cür itkilər yalnız Azərbaycan ordusunda deyil, dünyanın bütün ordularında baş verir. Uzağa getməyək, bu yaxınlarda PKK terror təşkilatı 21 türk əsgərini şəhid etdi. Buna görə türk xalqı və mediası ordu rəhbərliyini deyil, xain düşməni hədəfə götürdü. Bütünlükdə ordu haqqında mənfi rəy yaradılmasına cəhd edilmədi.
Ordu cəmiyyətdə gedən proseslərin güzgüsüdür
Subyektiv səbəb kimi isə cəmiyyətdəki müəyyən problemlərin orduya da siyarət etməsini göstərmək olar. Müdafiə Nazirliyinə qarşı qərəzli mövqe tutan bəzi KİV və QHT-lərdə bilərəkdən ordu ilə cəmiyyəti bir-birindən təcrid edən meyllər mövcuddur. Halbuki ordu cəmiyyətdən doğan qurum olduğu üçün ona əlahiddə yanaşmaq düzgün deyil. Ordu cəmiyyətdə gedən proseslərin güzgüsüdür. Onu xalqdan ayırmaq düzgün deyil. Odur ki, cəmiyyətdə intihar halları artırsa, müəyyən aqresivlik varsa bu orduya da siyarət edir. Nə qədər nəzarət olsa da, təbliğat aparılsa da 100 minlərlə gənci özündə birləşdirən bir təsisatda müəyyən xoşagəlməz hallardan qaçmaq mümkün deyil. Bu bütün dünyada belədir. Məsələn, ABŞ ordusunda ilin yalnız oktyabr ayında 20 intihar faktıı qeydə alınıb. Yaxud başqa bir fakt: Amerika bazalarının birində öz həmkarlarıı ilə mübahisə edən hərbiçi onları yaylım atəşinə tutub. Nəticədə beşş əsgər həlak olub, beşi isə ağır yaralanıb. Ötən il Rusiya ordusunda 471 hərbi qulluqçu həlak olub. 2010-cu ildə şəxsi heyəti bizdəkindən dəfələrlə az olan Ermənistan ordusunda 54 ölüm faktıı qeydə alınıb və sair.
Əlbəttə bu o demək deyil ki, biz ordudakı ölüm hallarına haqq qazandırır və yaxud bunun azaldılmasını mümkünsüz sayırıq. Xeyr. Ancaq bunun üçün Müdafiə Nazirliyini ittiham etmək deyil, birlikdə orduya çağırılan gənclər arasında marifləndirmə işi aparmaq, onları hərbi xidmətə hazırlamaq lazımdır. Ordu sıralarında törədilən cinayətlərin statistikası və analizi göstərir ki, bir çox hallarda gənclərin qanunazidd əməllərinin əsas səbəbi orduya qədərki dövrlə bağlı olur. Bəzi gənclərin psixoloji durumu və xarakterində nəzərə çarpan anomaliyanın kökü hətta məktəbəqədərki dövrədək gedib çıxır. Bu kimi halların qarşısının alınması ən azı o gənclərin gələcəkdə əlinə silah götürüb xidmət edəcəyi baxımından son dərəcə vacibdir. Çünki belə çağırışçılar çox tez təsir altına düşür, özünə qapılır, depressiyaya məruz qalır və asanlıqla vasitəyə çevrilirlər. Bu mənada bütün məsuliyyəti yalnız ordu rəhbərliyinin üzərinə atanlar tamamilə yanılırlar.
Müdafiə Nazirliyinin rəhbərliyi niyə hədəfə götürülür?
Bu ölümlərin səbəblərini araşdırmadan Müdafiə Nazirliyinin rəhbərliyini hədəfə götürmək isə təbii ki, başqa məqsədlərdən xəbər verir. Bu məqsədləri iki yerə ayırmaq olar. Birincisi, bəzi qüvvələr ordumuz haqqında, Müdafiə Nazirliyinin rəhbərliyi barəsində mənfi rəy formalaşdırmaqla öz koorporativ maraqlarını təmin etməyə cəhd edirlər.
İkincisi, bəzi qüvvələr isə Azərbaycan ordusunun günü-gündən qüdrətlənməsini həzm edə bilmədikləri üçün Müdafiə Nazirliyinə qarşı kampaniya aparmaqla cəmiyyətdə orduya qarşı inamsızlıq, ordu içərisində isə təfriqə yaratmaq istəyirlər. Bu yerdə yuxarıda qoyduğumuz sual aktuallaşır: Kimdir bu qüvvələr?
Əlbəttə, ordudakı ölümlərdən səmimi olaraq narahat olanları da var. Ancaq söhbət orduya qarşı kampaniya aparanlardan gedir.
Bəziləri bu qüvvələrin bir mərkəzdən idarə edildiyini iddia etsə də, bu fikirlə razılaşmaq mümkün deyil. Yayılan məlumatlar və onların təhlili göstərir ki, orduya qarşı birbaşa və dolayı yollarla kampaniya aparılmasında maraqlı olan dairələri 3 qrupa ayırmaq olar.
Orduya ayrılan vəsaitlərə nəzarəti ələ keçirmək istəyənlər var
Birincisi, Müdafiə Nazirliyinin rəhbərliyini ələ keçirmək istəyən daxili qüvvələr. Məhz bu qüvvələr ordu rəhbərliyilə bağlı iftira dolu məlumatları kompramt kimi mətbuata ötürür, hətta emisarları vasitəsilə bunun sifarişçisi kimi çıxış etdikləri də istisna deyil. Belələrinin məqsədləri və kimliyi haqda müəyyən məlumatlar da dolaşır. Belə məlumatlara da rast gəlinir ki, bu qüvvələrin əsas məqsədi dövlət tərəfindən hər il orduya ayrılan bir-neçə milyard manat vəsaitə nəzarəti ələ keçirməkdi. Buna görə öz adamlarını ordu rəhbərliyinə keçirməyə çalışılar. Görünür bu adamlar fikirləşir ki, artıq nizami ordu qurulub və elə bir ciddi iş qalmayıb, ayrılan pulları şəxsi məqsədlərə yönəltmək olar. Ancaq unudurlar ki, ordu daim yeniləşən, ciddi nizam-intizam və ən əsası peşəkar idarəetmə tələb edən bir qurumdur. Və orduya ayrılan hər bir manatın təyinatı üzrə xərclənməsi vacibdir.Təəssüf ki, mətbuat da bəzi hallarda bilməyərəkdən şəxsi ambisiyalarından ötrü çalışan oliqarxların əlində asanlıqla idarə olunan alətə çevrilir.
Hərbi yönümlü QHT-lərlə əməkdaşlıq gücləndirilməlidir
İkincisi, Müdafiə Nazirliyində aparılan islahatlar, eləcə də son dövrlərdə «təmizləmələr» nəticəsində hərbi sistemdən qovulan və ya haqqında cinayət işi açılan bəzi dairələr. Belələrinin bəziləri gizli, bəziləri isə müxtəlif QHT-lərin vasitəsilə «qisas almaq» üçün ordu rəhbərliyinə qarşı kampaniya aparırlar. Burada Müdafiə Nazirliyinin hərbi sahədə fəaliyyət göstərən QHT-lərlə lazımı səviyyədə əməkdaşlıq etməməsinin də məyyən rolu olduğunu qeyd etmək lazımdır. Müdafiə Nazirliyi keçmiş hərbiçilərin yaratdıqları bütün QHT-lərlə əməkdaşlığa çaışmalı, orduyla bağlı həqiqətlərin cəmiyyətə çatdırılmasında onların imkanlarından istifadə edilməlidir. Eyni zamanda cəmiyyətin orduda və yaxud hansısa hərbi hissədə nədən narazı olmasını onlardan öyrənərək, geniş ictimai müzakirəyə çevrilmədən onların həllinə nail olmaldır.
Orduya qarşışı təxribatların ssenarisi xaricdə yazılır
Və nəhayət üçüncüsü xarici qüvvələr. Orduya qarşışı təxribatların ssenarisi təkcə Bakıda yazılmır. Həm Şimalda, həm Qərbdə, hətta Cənubda Azəbaycan ordusunun güclənməsindən narahat olan kifayət qədər qüvvələr mövcuddur. Eyni zamanda erməni lobbisinin maliyyələşdirdiyi bəzi xarici təşkilatların, fondların Ermənistanın mənafeyi naminə öz vəsaitlərini üçüncü dövlət vasitəsilə Azərbaycana yönəltməklə, orduya qarşı cəmiyyətdə inamsızlıq yartmaq istiqamətində iş aparmasını da istisna etmək olmaz. Şübhə yoxdur ki, Ermənistan və onun havadarları Azərbaycanda güclü, xalqın inandığı bir ordunun olmasını istəmirlər. Bu gün orduya qarşışı yönəlmişş səlib yürüşünün arxasında da əsasən məhz bu fakt dayandığı istisna deyil. Məqsəd dövlətin bel sütunu sayılan Silahlıı Qüvvələrə inamsızılıq yaratmaq və bundan öz niyyətlərini həyata keçirməkdən ötrü bəhrələnməkdir. Niyəsi də aydındır: əvvəla, bu güc strukturu həm canlıı qüvvə, həm də silah-sursat arsenalı baxımından kifayət qədər böyük və zəgindir. İkincisi, düşmənlə təmas nöqtələrinin birmənalıı şəkildə hamısıı Müdafiə Nazirliyinin tabeliyindədir. Üçüncüsü, danışıqlar nəticə verməzsə torpaqları işğaldan azad etmək missiyası böyük ölçüdə Müdafiə Nazirliyinin tabeçiliyindəki silahlı qüvvələrin üzərinə düşəcək.
Niyə məhz indi?
Maraqlıdır ki, orduya qarşı hücumların artması Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlara ümidlərin kəsildiyi, ölkə rəhbərliyinin müharibə variantını nəzərdən keçirməyin mümkünlüyü barədə bəyanatlarının intensivləşdiyi bir zamana təsadüf edir. Fikrimizcə, bunu təsadüfi saymaq olmaz. Ermənistan və onu dəstəkləyən qüvvələr, Qarabağ problemindən Azərbaycana təzyiq vasitəsi kimi yararlanmaq niyyətində olan dövlətlər istənilən halda mövcud status-kvonun saxlanmasında marqlıdırlar. Və bütün səyləri buna yönəlib. Ancaq danışıqlar adı altında problemi həlli imitasiyasını davam etdirmək də artıq çətinləşib. Belə bir şəraitdə Azərbaycanın Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaması ehtimalı artır. Bunun üçün isə ordu ilə cəmiyyətin vəhdətliyi, xalqın orduya inamı əsas şərtdir. Məhz orduya qarşı aparılan çirkin kampaniyanın əsas məqsədi də bu inamı qırmaq, cəmiyyətdə ordunun torpaqları işğaldan azad etmək qüdrətində olmasına şübhə yaratmaqdı. Paralel olaraq təxribat xarakterli məlmatlarla ordu daxilində təfriqə salınmasna cəhdlər müşahidə olur. Bir sözlə, Ermənistan, eləcə də Azərbaycana dost olmayan digər xarici qüvvələr ordumuzu problemli bir təsisat kimi göstərmək, gücünə şübhə yaratmaq istəyirlər. Təəssüf ki, bu gizli məqsədlərini həyata keçirmək üçün daxildə olan bəzi təşkilatları və mətbuatı alətə çevrilər. Öz əsl məqsədlərini gizlətmə üçün müxtəlif vasitələrdən yararlanırlar. Hər halda «orduya ictimai nəzarət», «orduya vətəndaşş nəzarəti» və s. kod altında şifrələnmiş, xaricdən və daxildən dəstəklənən bir sıra layihələrin arxasında Azərbaycan üçün çox ciddi fəsadlarla nəticələnə biləcək gizli niyyətlər dayandığı istisna deyil. Ona görə də orduda olan kiçik problemləri şişirdənlər, bunu Müdafiə Nazirliyinə qarşı kampaniyaya çevirənlə unutmamalıdır ki, Azərbaycanı istəməyən yabançı qüvvələrin əlində ucuz alətə çevrilir, düşmən dəyirmanına su tökürlər.
Qeyd olunanları nəzərə alan ictimai qurumlar və mətbuat müharibə vəziyyətində olan ölkədə informasiya təhlükəsizliyi məsələsinə xüsusi önəm verilməlidir. Orduyla bağlı təxribat xarakterli məlumatları yaymaqdan yayınmalıdırlar. Eyni zamanda Müdafiə Nazirliyi də əsl niyyətin nə olduğunu görməli, mətbuat və hərb yönümlü QHT-lərlə əməkdaşlığı gücləndirməlidir. Unutmaq olmaz ki ordu hər birimizindir.
«Azmedia» Analitik İnformasiya Agentliyi
P.S. Mövzuyla bağlı bütün tərəflərin mövqeyini verməyə hazırıq.