Modern.az

Asim Mollazadə: “MDB kluba çevrilib”

Asim Mollazadə: “MDB kluba çevrilib”

Ölkə

14 Dekabr 2011, 12:04

Rusiyada parlament seçkilərindən sonra Sank-Peterburq şəhərində başlayan aksiyalar qısa zaman ərzində ölkənin digər şəhərlərində də sıçrayıb. Hazırda parlament seçkilərinin nəticələrinə etirazlar Rusiyanın digər şəhərlərində və vilayətlərində də davam edir. Aksiyalara qatılanlar prezident və baş nazirə yönəlik sərt ittihamlar səsləndiriblər.

Rusiyada geniş vüsət alan bu aksiyalar nə ilə nəticələnə bilər, ümumiyyətlə Rusiya kimi dövlətin zəifləməsinə gətirib çıraxa bilərmi?

“Rusiyada gələn ilin mart ayında prezident seçkiləri olacaq. Çox guman ki, bu aksiyalar müəyyən qədər güc nisbətini dəyişməyə yönəlmiş siyasi hərəkatdır”.

Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkli Asim Mollazadə Modern.az saytına Rusiyadakı vəziyyətlə bağlı münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər şey mart ayına qədər baş nazir Vladimir Putin və onun partiyasına müxalif olan qüvvələrin öz gücünu toplamasından asılıdır. Onunla bağlı hansısa dəyişiklik gözləmək olar.
"Əks halda, mənə elə gəlir ki, münaqişələr belə də başa çatacaq".

“Rusiyanın zəifləməsi MDB-nin dağılmasına gətirə bilərmi” sualına Asim Mollazadə “MDB-nin hansısa ciddi proqramları yoxdur. Bu qurum hansısa dövlət başcılarının, hökümət nümayəndələrinin müəyyən məsələləri müzakirə etdiyi kluba çevrilib. Düşünürəm ki, MDB siyasi qurum kimi yeni yaranmış dövlətilərin müstəqilliyi üçün hər hansı təhlükə kəsb etmir. O ki, qaldı Rusiya ilə bağlı məqama, mənə elə gəlir ki, hazırda belə bir tendensiya mövcud deyil”-deyə cavab bildirib.  

Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər