Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərar çıxarıb. Modern.az saytının məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı qərara görə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilib.
Bu qərar Prezidentin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli, "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2011-ci il 5 dekabr tarixli 1867 nömrəli, "Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2011-ci il 6 dekabr tarixli 1868 nömrəli, "Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2011-ci il 7 dekabr tarixli 1869 nömrəli, "Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2011-ci il 8 dekabr tarixli 1870 nömrəli, "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2011-ci il 9 dekabr tarixli 1871 nömrəli, "Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2011-ci il 10 dekabr tarixli 1872 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi daşıyır.
Nazirlər Kabinet "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin köhnə - 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarı ləğv edilib.
Yeni qərar 2011-ci il dekabrın 1-dən qüvvəyə minib.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli (Əlavə 1)
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 93,5 |
2 | 98 |
3 | 103 |
4 | 108 |
5 | 113 |
6 | 118 |
7 | 123 |
8 | 128 |
9 | 133 |
10 | 138 |
11 | 143 |
12 | 150 |
13 | 162 |
14 | 174 |
15 | 188 |
16 | 220 |
17 | 303 |
18 | 382 |
19 | 644 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli (Əlavə 2)
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 120 |
2 | 125 |
3 | 130 |
4 | 135 |
5 | 140 |
6 | 145 |
7 | 150 |
8 | 160 |
9 | 170 |
10 | 180 |
11 | 190 |
12 | 200 |
13 | 210 |
14 | 230 |
15 | 250 |
16 | 290 |
17 | 370 |
18 | 450 |
19 | 680 |