Modern.az

Məktəblərdə Yeni il necə keçiriləcək?

Məktəblərdə Yeni il necə keçiriləcək?

16 Dekabr 2011, 11:30

Artıq 2012-ci ilin bir addımlığındayıq. Yeni il bayramı gəlir və bunu məktəbyaşlı uşaqlar daha səbirsizliklə gözləyirlər.

Modern.az saytının məlumatına görə, bəzi orta məktəblərdə və hətta uşaq bağçalarında  Yeni il şənliklərinin təşkil olunması üçün uşaqlardan pul yığılır.

“Bizim artıq bu sahədə qərarımız var. Məktəblərdə Yeni il bayramının yalnız bədii hissəsi keçirilə bilər”. Bu sözlləri isə saytımıza açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, orta məktəblərdə Yeni il şənliklərinin yalnız bədii hissəsi keçiriləcək. Hər hansı süfrə açılması və ya əlavə şənlik təşkil olunmasından, eləcə də bu məqsədlə pul yığılmasından isə söhbət gedə bilməz.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər