Modern.az

Saxlanıldığı iddia edilən komitə sədrinin müavini mətbuata açıqlama verdi

Saxlanıldığı iddia edilən komitə sədrinin müavini mətbuata açıqlama verdi

16 Dekabr 2011, 14:42

Bəzi qəzetlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayıblar.
Məlumatda onun iki gün saxlanıldığı və sonra sərbəst buraxıldığı qeyd edilir. Amma qəzetlər olayın təfərrüatları barədə heç nə yazmayıblar.   
Modern.az-ın məlumatına görə, saxlanıldığı iddia edilən Rafiq Cəlilov bu gün mətbuata açıqlama verib.
R.Cəlilov dekabrın 16-da Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanması ilə bağlı təqdimat mərasimində iştirak edib. Həmin tədbirin sonunda R.Cəlilov telekanallara müsahibə verib. Amma o, jurnalistlərə açıqlamasında barəsində yayılan məlumatlardan deyil, daşınmaz əmlak məsələlərindən və sənədsiz evlərdən danışıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər