“Ziyalılar Forumu açıq tribunadır və bu tribunada hər bir ziyalını görmək və onun fikirlərini dinləməyə hazırıq”. Bu fikirləri Modern.az saytına açıqlamasında Ziyalılar Formunun təşkilatcılarından olan Eldar Namazov deyib.
E.Namazov bildidb ki, Ziyalılar Formunun son iclasından sonra artan təzyiqlər quruma müraciət edənləri qorxutmayıb, əksinə, buna cavab olaraq forumu müdafiə edən ziyalılar çoxalıb
Müsahibimiz deyib ki, son iclasdan sonar onlara növbəti iclasa qatılmaq üçün xeyli sayda müraciət daxil olub.
E.Namazovun sözlərinə görə, foruma qatılmaq istəyən hər bir ziyalı üçün lazımı şərait yaradılacaq: “Biz çalışacağıq ki, foruma qatılmaq istəyənlərin hamısı üçün lazımı şəraiti yaradaq. Ziyalılar Forumu könüllü və açıq fəaliyyət göstərən qurumdur. Burada nə üzvlük biletləri verlir, nə də kimsə forumun sıralarından xaric olunur. Bura acıq tribunadır”.
Qeyd edək ki, Ziyalılar Formunun noyabrın 4-də milli birlik mövzusunda baş tutan toplantısında Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına əməl olunmasına diqqət yetirməyə çağırılması sərt reaksiya ilə qarşılanmışdı. Toplantıda qaldırılan məsələlərdən sonra cəmiyyətdə “ziyalı qarşıdurması" alovlandı.
Sədaqət SÜLEYMANOVA