Modern.az

Azərbaycan sarımsağı Ermənistanı qarışdırıb

Azərbaycan sarımsağı Ermənistanı qarışdırıb

21 Dekabr 2011, 14:37

Erməni bazarlarında Azərbaycan sarımsağının satılması Ermənistanı qarışdırıb.  Bu barədə məlumat erməni KİV-lərində geniş müzakirəyə çıxarılıb. Modern.az “Jamanak” qəzetinə istinadən bildirir ki, bir neçə gün əvvəl bazarlarda Azərbaycandan gətirilmiş sarımsaqların satışa çıxarılması barədə xəbərlər yayılmağa başlayıb. “Jamanak” qəzeti yazır ki, “sarımsaqdan faciə düzəltməyə dəyməsə də, hər halda bunun sabahı da var. Bu gün sarımsaq gəlirsə, sabah da başqa şey gələcək”.
Qəzet yerli təhlükəsizlik xidmətini məsələyə reaksiya verməyə çağırıb.

Ermənistan İctimai Televiziyası isə bu mövzuda jurnalist təhqiqtatı hazırlayıb. Telekanalın əməkdaşları bildiriblər ki, Azərbaycandan gələn sarımsaq mili təhlükəsizliyə təhdid yaradır.
“Ola bilsin ki, bu sarımsaqlar Azərbaycan tərəfdən göndərilmiş bioloji silah olsun”-deyə süjetdə iddia qaldıran jurnalistlər bu məhsulu satan bir satıcını divara dirəyərək onu sarımsağı necə əldə etdiyi barədə sorğu-suala tutublar.

Məsələyə Dövlət Gəlirlər üzrə Komitə də qarışıb. Komitə bəyan edib ki, 2011-ci ildə Ermənistana 48 min kq sarımsaq idxal edilib. Bu ölkələr Çin, Gürcüstan və Yunanıstandan gəlib. “Azərbaycan sarımsağı barədə olan məlumatlar araşdırılır və yaxın zamanlarda rəsmi məlumat veriləcək”-deyə Komitədən deyilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər