Modern.az

Məleykə Abaszadə Misir Mərdanova cavab verdi: “Nəyin nə olduğunu yaxşı bilirəm”

Məleykə Abaszadə Misir Mərdanova cavab verdi: “Nəyin nə olduğunu yaxşı bilirəm”

Ölkə

23 Dekabr 2011, 12:31

“Hesab edirəm ki, orta məktəb dərsliklərində olan səhvlər ictimai müzakirələrə çıxarılmalıdır”.

Modern.az saytının məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasında təhsil naziri Misir Mərdənovun “orta məktəblər dərsliklərində olan səhvlərin aramızda həll edilməsini istərdim” fikrinə münasibət bildirərkən deyib. O, bu çap materiallarında olan səhvlərə görə, kimlərinsə taleyinə zərbə vurmağa razı olmadığını qeyd edib.

“Bu dərs vəsaitləri ilə abituriyentlər hazırlaşıb imtahan verirlər. Mən razı olmaram ki, kimlərsə bu səhvlərə görə qurban getsinlər. Ona görə hesab edirəm ki, orta məktəb dərsliklərindəki səhvlər mütləq ictimai müzakirələrə çıxarılmalıdır”.

“Çap materiallarında olan səhvlər mütəxəssislər tərəfindən araşdırılır və  mən də onların nəticələrinə əsasən bu məlumatları verirəm. Özüm riyaziyyat üzrə mütəxəssisəm və nəyin nə olduğunu yaxşı bilirəm. Hər bir ailədə bu dərsliklərdən istifadə olunur və ona görə bu ictimaiyyət bundan xəbərdar olmalıdır” - deyə Məleykə Abbaszadə vurğulayıb.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər