Modern.az xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 1yanvar 2012-ci il tarixdə saat 15:30 radələrində Bakı-Şamaxı yolunun Meysəri kəndi ərazisindən keçən 127-ci km-də Tovuz rayon sakini 1975-ci il təvəllüdlü Həbib Həmid Bağır oğlunun idarə etdiyi “Nissan-Qashqai” markalı 90-HO-455 dövlət qeydiyyat nişanlı avtomobillə 1975-ci il təvəllüdlü Masallı rayon sakini Fətullayev Yalçın Nəzəralı oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-XM-934 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və H.Həbibin sərnişinləri, övladları, 2007-ci il təvəllüdlü Amid və 2009-cu il təvəllüdlü Gülşən hadisə yerində ölüblər, digər sərnişin, həyat yoldaşı 1975-ci il təvəllüdlü Həbibova Vüsalə Rauf qızı isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. “Mercedes”-in sürücüsü Y. Fətullayev “Azərbaycan məmləkəti” qəzetinin fotomüxbiri, V.Həbibova isə İctimai Televiziyanın əməkdaşıdır.
Modern.az