Modern.az

"Erməni soyqırımı olmayıb" deyənlərin cəza pulunu o ödəyəcək

"Erməni soyqırımı olmayıb" deyənlərin cəza pulunu o ödəyəcək

Ölkə

4 Yanvar 2012, 18:28

Əlcəzair əslli fransız işadamı Rəşid Nekkaz Fransada "soyqırımını inkar qanunu"nun qüvvəyə minəcəyi təqdirdə cəzalandırılacaq şəxslərin cəriməsinin ödənilməsi üçün 1 milyon Avroluq fond yaradıb.

Modern.az-ın məlumatına görə, yazdığı 1 milyon Avroluq çeklə Fransa Milli Assambleyasının qarşısında “Associated Press”ə poza verən Rəşid Nekkaz Türkiyənin müsəlman bir ölkə olduğu üçün cəzalandırıldığını, buna görə əsassız qanunun hədəfinin də İslam olduğunu söyləyib.

R.Nekkaz daha əvvəl də Avropada örtük geydiyi üçün məhkum olunan müsəlman qadınların cəzalarını ödəməyi təklif etmişdi.

Qırx yaşlı işadamı özünün yaratdığı "Rəşid Nekkaz Partiyası" ilə 2007-ci ildəki ümumi seçkilərə qatılmış, 0.56 fazi səs toplamışdı. R.Nekkaz Fransada 2008-ci ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə sədri seçiləcəyi təqdirdə ona səs verən hər kəsə 300 avro pul və ya təyyarə bileti hədiyyə edəcəyini söyləmişdi. Bu vədlərə baxmayaraq o, seçkilərdə qələbə qazana bilməmişdi.

Rəşid Nekkaz Fransada bu il keçiriləcək prezidentlik seçkilərinə də namizəd olmağı planlaşdırdığını bəyan edib. Sorbonn Universitetinin məzunu olan və internet ticarətindən qazandığı pulla Fransanın sayılan zənginləri arasına girməyi bacaran R.Nekkaz hazırda əmlak sektorunda fəaliyyət göstərir.

Xatırladaq ki, Fransa Milli Assambleyası 2011-ci il dekabrın 22-də qondarma “erməni soyqırımı”nı  inkar edənlərin  cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul edib. Həmin qanuna görə, 1915-ci il hadisələrinə bağlı erməni iddialarını inkar edənlərə 1 ilə qədər həbs və ya 45 min avro pul cəzası verilməlidir.

Fransa Senatı bu cəfəng sənədi yanvarın sonunda  müzakirəyə çıxarmağa hazırlaşır.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər