Modern.az

Aqil Abbas: “Türkiyə dağılır”

Aqil Abbas: “Türkiyə dağılır”

Ölkə

6 Yanvar 2012, 17:11

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, təqaüddə olan ordu generalı İlker Başbuğun həbsi təkcə bu ölkədə deyil, bütün dünyada əks-səda doğurub. Azərbaycanda da bu gözlənilməz olay birmənalı qarşılanmayıb.  
Generalın tutulmasına yazıçı jurnalist Aqil Abbas da münasibət bildirib. 

Modern.az saytına Türkiyədə böyük oyunların getdiyini deyən Aqil Abbas bildirib ki, bu günə kimi qardaş ölkəni qoruyub saxlayan, möhkəmləndirən, xarici ölkələri, hətta Rusiyanı da qorxudan türklərin nizam-intizamlı, möhtəşəm ordusubub olmasıdır.

“Buna görə də Türkiyə ordusu dünyada nizam-intizamına görə birinci, maddi-texniki bazasına görə isə səhv etmirəmsə dördüncü yerdədir. Lakin bu gün Türkiyə gözümüzün qarşısında dağılmağa doğru gedir. Türkiyənin dağılması üçün Avropa, Amerika və başqa böyük dövlətlər gizli planlar hazırlayıblar və indi onu həyata keçirirlər”.

Türkiyədə təxminən 50-60 generalın, o cümlədən 100-dən çox jurnalistin həbsdə olduğunu deyən A.Abbas Avropa və Amerikanın bununla bağlı heç bir açıqlama vermədiyinə diqqət çəkib.

“Azərbaycanda 2-3 jurnalist tutalanda Avropa, Amerika tumanını başına keçirir, müxtəlif bəyanatlar səsləndirir.  Niyə Avropa və Amerika Türkiyədə olanlara da bir söz demir?”

Aqil Abbas bildirib ki, İlker Başbuğ və həbsdə olan digər generallar Türkiyəni qoruyan adamlardır. “Məhz bu səbədən də onlar - millətçilər, ordu generalları, jurnalistlər həbs olunub.  Türkiyədə tutulmayan 329 general var idi, İlker Başbuğu həbsə atdılar və 328 general qaldı”.

Türkiyə ordusunun bu yaxınlarda PKK-çılar əvəzinə səhvən qaçaqmalçıları öldürməsinə yazıçı jurnalist belə qiymət verib:

“Əslində sərhəddi pozan hər bir şəxs, qaçaqmalçı da vurulmalıdır. Lakin səhvən qaçaqmalçıları vurmalarına səbəb Türkiyədə artıq PKK ilə vuruşa biləcək təcrübəlilərin hamısının türmədə olması ilə bağlıdır. Çünki həbsə atılan generalların hamısı PKK-nın, terrozimin nə olduğunu bilən şəxslərdir. Artıq onların yerində oturanlar təcrübəsiz adamlardır. Yenilər isə PKK-çılarla qaçaqmalçını qarşıdırır, nəticədə Türkiyənin başına bu hadisələr gəlir”.

Türkiyənin sabiq Baş Qərargah rəisi İlker Başbuğun hakimiyyəti devirmək iddiası ilə tutulmasını Aqil Abbas məntiqə uyğun saymır. O hesab edir ki, əlində, gücü-qüvvəsi olan hər bir general çevriliş edə bilər.
“Maraqlıdır ki, bu adamlar vəzifədə olarkən bundan istifadə etmir, amma vəzifədən çıxandan sonra guya höküməti çevirmək istəyirlər. Elə vəzifədə olarkən bunu edərdilər də... İlker Başbuğ -bu səviyəyə qalxmış adamı AKP-ni gözdən salmaq, AKP-yə qara yaxmaq, nüfuzuna xələl gətirmək üçün internetdə sayt düzəltməklə günahlandırırlar.

Bu günlər Azərbaycan mətbuatında bütün günü YAP hakimiyyətinə qarşı yüzlərlə yazı gedir. Əgər bu adamların hamısı dövlət çevrilişinə cəhd, Azərbaycanı məhv etmək məqsədi güdürlərsə, nə üçün “Azadlıq”, “Yeni Müsavat”, “Bizim yol” və bu kimi qəzetlər hələ də nəşr olunur, üstəlik onlar hər gün nələr-nələr yazırlar?

Deməli bizdə Türkiyədən daha çox demokratiya varmış, xəbərimiz yox imiş. Bizim 2-3 yazarımız həbsxanadadır, Türkiyədə 100-dən çox jurnalist həbs olunub”.

Türkiyənin böyük bir bəlaya sürükləndiyini deyən Aqil Abbas qardaş ölkədə baş verən hadisələri təəssüf və ürək ağrısı ilə izlədiyini qeyd edib.

A.Abbas daha sonra bir şeirinə görə həbs olunan tanınmış rus şairəsi Anna Axmatovadan sitat gətirib. 
"Həbs olunanda Anna Axmatova deyib ki, “Rusiya o boyda silah-sursatı olan Almaniya üzərində qələbə çalıb. İndi doğrudanmı şairin bir şeirindən qorxub onu həbsə atır?”.
 Doğrudanmı bir həkim Türkiyədə hakimiyyəti devirə bilərmiş? Bu mümkün olmayan bir şeydir...
Doğrudanmı Rafiq Tağı İslamı Yer üzündən silə bilərmiş..?”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər