Modern.az

General İlker Başbuğun oğlu atasından danışıb

General İlker Başbuğun oğlu atasından danışıb

Ölkə

8 Yanvar 2012, 13:15

“Terror təşkilatının lideri dedikləri atam 1993-1995-ci illər arasında Türkiyənin cənub-şərqində terrorçulara qarşı aslanlar kimi vuruşdu. Bir döyüşdə şəhid olmasına son anda tabeliyindəki zabiti mane oldu. Osman Pamukoğlu adlı həmin zabit həyatdadır, ondan soruşsunlar”.

Modern.az-ın məlumatına görə, bu sözləri hakimiyyəti çevirməyə cəhd ittihamı ilə tutularaq Silivri Həbsxanasına göndərilən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, təqaüdçü general İlker Başbuğun oğlu Murad Başbuğ “Hürriyət” qəzetinə söyləyib.

Bir gün öncə gün bacısı Fəridə ilə həbsxanada atasını ziyarət edərək yanında yarım saat qalan Murad Başbuğ "əvvəlcə aramızda duyğusal bir danışma oldu, amma sonra reallıqları müzakirə etdik" deyib. Atasının özü haqqındakı ittihamları "tragikomik suçlamalar" kimi xarakterizə etməsinə münasibət bildirən Murad Başbuğ "mənə görə isə bu, tam bir iyrənclik" söyləyib.
O, daha sonra bildirib:

"Bacımla atamın yanına getdik. Təxminən yarım saat orada qaldıq. Asan deyil, 40 ilini Türk Silahlı Qüvvətlərinə vermiş, qürurla vəzifəsini icra etmiş bir insan indi həbsdədir. Öz istəyi ilə təkadamlıq kamerada qalır. Kamerada televiziya var, amma hadisəylə əlaqədar dünyada hansı reaksiya olduğunu öyrənmək istədi. Biz də izah etdik…

Əslində 2008-ci ildən bəri bir hadisə olacağını gözləyirdik. Atam ifadəsində də çox açıq şəkildə söylədi. Dövlətin zirvəsində Prezident, Baş nazirlə oturub danışmış, vəziyyəti qiymətləndirmiş bir adam necə terror təşkilatının başçısı ola bilər?.

Atamın da, bizim də əhvalımız çox yaxşıdır. Bütün gerçəklər ortaya çıxacaq. Kimsədən bir şey istəmirik. Tək istəyimiz ən qısa müddətdə məhkəmənin olması, atamın söylədiklərinin heç sapdırılmadan ictimaiyyətə çatdırılmasıdır…”.

Türkiyə KİV-lərinin məlumatına görə, “Ergenekon” silahlı terror təşkilatı yaratmaqda və “Balyoz zərbə planı” davasına görə tutularaq Silivri Həbsxanasında saxlanılan general rütbəli zabitlərdən heç biri İlker Başbuğla bir kamerada qalmaq istəməyib.

İlk gecəsini tək keçirən Başbuğun kamerasına bir və ya iki məhbus salınmasının mümkünlüyünü nəzərə alan Həbsxana rəhbərliyi belə bir addım atmaq istəyib. Ancaq cəzaçəkmə müəssisəsində saxlanılan Həsən Iğsız, Çətin Doğan, Özdən Örnək və İbrahim Fırtına kimi təqaüdçü generallar İlker Başbuğla eyni kamerada qalma təklifini qəbul etməyiblər.

Bu halda Həbsxana rəhbərliyi İlker Başbuğun özündən kamerada kiminlə qalmaq istədiyini soruşub. İlker Başbuğ kamerada “Ergenekon” şübhəlisi Mehmet Haberalla qalmaq istədiyini söyləyib.

Lakin Başbuğun bu istəyini yerinə yetirə bilməyiblər. Məlum olub ki, Mehmet Haberal xəstəxanaya yerləşdirilib.

Bunu öyrənincə İlker Başbuğ "onda tək qalıb kitab yazmaq istəyirəm" deyib və onun bu istəyi təsdiqlənib.
İndi İlker Başbuğun həbsxanada vaxtını televiziyalardan xəbərləri izləyərək və kitab oxuyaraq keçirdiyi bildirilir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər