Modern.az

Abşeronda müəllimlərdən kütləvi pul yığımına başlanılıb

Abşeronda müəllimlərdən kütləvi pul yığımına başlanılıb

Ölkə

10 Yanvar 2012, 11:19

Modern.az saytının məlumatına görə, ötən gün Abşeron rayonunda məkətəb direktorları hər bir müəllimin 5 manat məbləğində pul verməsi barədə göstəriş verib. Bildirilib ki, hər bir müəllim mütamadi olaraq 3 ay ərzində 5 manat məbləğində pul verməli olacaq. Direktorlar bu vəsaitin rayon mərkəzində qurulucuq işlərinə sərf olunacağını deyiblər.

Məlumatı dəqiqləşdirmək üçün Abşeron rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq.  

Abşeron rayonTəhsil Şöbəsinin işçisi Adil Qurbanov saytımıza açıqlamasında bildirdi ki, bu informasiyanın heç bir əsası yoxdur: “Hər hansı məktəb direktoru bu barədə göstəriş verə bilməz”.

Məlumatın qeyri-dəqiq olduğunu deyən müsahbimiz bildirdi ki, rayonda quruculuq işləri dövlət hesabına aparılır. Bunun üçün müəllimlərdən pul yığmağa ehtiyac yoxdur.

Amma redaksiyamızla əlaqə saxlayan müəllimlər Təhsil Şöbəsidən verilən açıqlamayla razılaşmayaraq onlara qeyri-rəsmi ödənişin yığılacağını israrla bildiriblər.
Qeyd edək ki, Abşeron Azərbaycanda yeganə rayondur ki, 2012-ci ildə dövlət büdcəsindən ona vəsait ayrılmayıb.

P.S. Axşam saatlarında Abşeron rayonu Qobu qəsəbəsində yaşayan müəllimlər saytımıza bildiriblər ki, şikayətlərə baxmayaraq, bu yaşayış məntəqəsində yerləşən 1, 2, 3 saylı məktəblərdə çalışan pedaqoqların hər birindən 5 manat qanunsuz ödəniş yığılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər