Modern.az

Taksi sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında aksiya keçiriblər

Taksi sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında aksiya keçiriblər

Ölkə

16 Yanvar 2012, 15:52


Bu gün saat 15.00 radələrində Bakı şəhərində işləyən yüzlərlə taksi sürücüsü Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşıb. Modern.az-a daxil olan məlumatlara görə, təxminən 400-500 nəfərə yaxın taksi sürücüsü nazirliyin qarşısında toplaşandan sonra onlar burada etiraz aksiyası keçiriblər.

Taksi sürücüləri Nəqliyyat Nazirliyinin son günlərdə həyata keçirdiyi tədbirlərə cavab olaraq bu addımı atırlar. Sürücülər nazirliyin rəsmi nümayəndəsinin onların qarşısına çıxmasını və aksiya iştirakçılarını dinləməsini tələb ediblər. Nəqliyyat Nazirliyi polis kordonu ilə əhatə olunub.

Etirazçıların dağılmadığını görən polis aksiyaya müdaxiə edib. Dəyənəklə sürücüləri qovan polis onların bir qrupunu  maşına oturdaraq bölməyə aparıb. Vəziyyətin qəlizləşdiyini görən nazirlik sürücülərdən 3 nəfər nümayəndə heyətini qəbul etməyə razılıq verib.

Hazırda nazirliyin qabağında qruplar halında toplaşan sürücülər etirazlarını bildirirlər.

Nəqliyyat Nazirliyi sovet istehsalı avtomobillərin  taksi kimi fəaliyyətinə qadağa qoyur. Sürücülər də buna etiraz ediblər.

***

Son məlumata görə, aksiya iştirakçılarəının ün nümayəndəsini Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov qəbul edib.

Namiq Həsənov 2 gün ərzində nazirlə görüşüb məsələni müzakirə edəcəyinə söz verib. İndi sürücülər həmin müddəti gözləyirlər. Onlar bildiriblər ki, problemə kömək edilməə, aksiyalar davam etdiriləcək.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər