Modern.az

“Eurovision-2012”-nin iştirakçı ölkələrinin yeni sayı açıqlanıb - SİYAHI

“Eurovision-2012”-nin iştirakçı ölkələrinin yeni sayı açıqlanıb - SİYAHI

Ölkə

17 Yanvar 2012, 16:57

2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsində iştirak etmək üçün  43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin “Eurovision” Mahnı Müsabiqəsində son 3 ildə  iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da “Eurovision” Mahnı Müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb.

“Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand deyib: “2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnunuq. Bu ölkələr may ayında Azərbaycanı və  onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq”.

Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmaması  2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVP-nin işinin gərginliyi ilə əlaqədardır.

Modern.az "Eurovision-2012" Mahnı Müsabiqəsidə iştirak edəcək ölkələrin siyahısını təqdim edir.

Albaniya

Ermənistan

Avstriya

Azərbaycan

Belarus

Belçika

Bosniya və Herseqovina

Bolqarıstan

Xorvatiya

Kipr

Danimarka

Estoniya

Finlandiya

Fransa

Makedoniya

Gürcüstan

Almaniya

Yunanıstan

Macarıstan

İslandiya

İrlandiya

İsrail

İtaliya

Latviya

Litva

Malta

Moldova

Monteneqro

Niderland

Norveç

Portuqaliya

Rumıniya

Rusiya

San Marino

Serbiya

Slovakiya

Sloveniya

İspaniya

İsveç

İsveçrə

Türkiyə

Ukrayna

Böyük Britaniya

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər