Modern.az

Dünyanın ən sürətlə və ən yavaş böyüyən şəhərləri - SİYAHI

Dünyanın ən sürətlə və ən yavaş böyüyən şəhərləri  - SİYAHI

Ölkə

20 Yanvar 2012, 15:25

ABŞ-ın Brookings Araşdırma Mərkəzi iqtisadiyyatına görə dünyanın sürətlə böyüyən şəhərlərini müəyyənləşdirib. Hesabata görə, dünyada sürətli böyüyən metropol iqtisadiyyatlarının 90 faizi Şimal Amerika və Avropa xaricindədir. Buna qarşı ən yavaş böyüyən metropol iqtisadiyyatlarının 95 fazi,ABŞ, Qərbi Avropa və zəlzələlədən sarsılan Yaponiyada yerləşir.

Məlumatda bildirilir ki, dünyanın ən sürətli böyüyən 10 şəhəri Çin, Türkiyə və Səudiyyə Ərəbistanıda yerləşir.

Dünyada ən sürətli böyüyən şəhər Çinin Şanxay şəhəridir. Şanxayın iqtisadiyyatının həcmi Finlandiya iqtisadiyyatına bərabərdir.

Siyahıda ən sürətli böyüyən ikinci və üçüncü şəhər neftlə zəngin Səudiyyə Ərəbistanında yerləşir. Bunlar Ər-Riyad və Ciddə şəhərləridir.

Türkiyənin 3 böyük şəhəri də bu siyahıda yer alır. Belə ki, ən sürətli böyüyən metropol iqtisadiyyatlı şəhərlər sıralamasında İzmir dördüncü, Ankara altıncı, İstanbul isə yeddincidir.

Çinin Hanqzu şəhəri beşinci, Şenzen şəhəri səkkizinci və Şenyang şəhəri onuncu sırada dayanır.

Siyahının doqquzuncu pilləsində Çilinin paytaxtı Santyaqo yer alır.

Dünyanın ən sürətlə böyüyən 10 şəhəri:

1. Şanxay (Çin)
2.Ər-Riyad (Səudiyyə Ərəbistanı)
3. Ciddə (Səudiyyə Ərəbistanı)
4. İzmir (Türkiyə)
5. Hanqzu (Çin)
6. Ankara (Türkiyə)
7. İstanbul (Türkiyə)
8. Şenzen (Çin)
9. Santyaqo (Çili)
10. Şenyang (Çin)

Dünyanın ən yavaş böyüyən metropol iqtisadiyyatları da müəyyənləşdirilib.
Bu sıralama belədir:

1. Afina (Yunanıstan)
2. Lissabon (Portuqaliya)
3. Dublin (İrlandiya)
4. Sevilya (İspaniya)
5. Sakramento (ABŞ)
6 Madrid (İspaniya)
7.Napoli (İtaliya)
8. rselona (İspaniya)
9. Valensiya (İspaniya)
10. Rikmond (ABŞ

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər