Modern.az

Erməni məktəbliləri “Eurovision-2012”-ni seyr etmək üçün Bakıya dəvət oluna bilər

Erməni məktəbliləri “Eurovision-2012”-ni seyr etmək üçün Bakıya dəvət oluna bilər

Ölkə

23 Yanvar 2012, 10:20

Bu il mayın 22-24-26-da Bakıda keçiriləcək  “Eurovision-2012” Mahnı Müsabqəsini seyr etmək üçün 100 erməni məktəblisi Azərbaycan paytaxtına dəvət oluna bilər.

Modern.az saytının əldə etdiyi məlumata görə, həmin məktəblilərin Azərbaycanın işğal altındakı Xankəndi şəhərində yaşayan erməni uşaqlarının olacağı ehtimalı var.

Dağlıq Qarabağın Azərbaycan vətəndaşları olan erməni sakinlərinin övladlarına Bakıda “Eurovision-2012” Mahnı Müsabqiəsini izləməyə şərait yaradılması məsələsi mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov qeyd edib ki, o da bu dəvətin əleyhinə deyil:
“Biz də onları dəvət edə bilərik. Əslində bu, bizim də istəyimizdir. Biz Xankəndində yaşayan erməni icması ilə münasibətlərin yaxşıılaşması üçün çalışırıq. Bütün dünyaya sübut etmək istəyirik ki, bizim onlarla birgə yaşamaq problemimiz yoxdur. Qoy bunu bütün dünya görsün. Odur ki, Xankəndində yaşayan erməni məktəblilərinin  “Eurovision” Mahnı Müsabqiəsini izləməsinə etiraz etmirik. Təki onlar gəlsinlər. Daha doğrusu, onlar sevinə-sevinə gələrlər, sadəcə, onlara icazə verilməlidir”.

Məsələyə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Bakı Musiqi akademiyasının rektoru Fərhad Bədəlbəyli də münasibət bildirib və buna ertiraz etmədiyini qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər