Modern.az

Fransada qondarma “erməni soyqırımı”nı inkar edənlər həbs olunacaq - YENİLƏNİB

Fransada qondarma “erməni soyqırımı”nı inkar edənlər həbs olunacaq  - YENİLƏNİB

Ölkə

23 Yanvar 2012, 22:43


Yanvarın 23-də Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, Fransa Senatında qondarma "erməni soqyırımı"na dair kritik səsvermələrdən birincisi başa çatıb. Senatın Qanunlar Komissiyasının layihənin müzakirəyə çıxarılmamasına dair dəyişiklik təklifi qəbul edilməyib.Bununla da 1915 hadisələriylə əlaqədar erməni iddialarının rədd edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin gündəlikdən çıxarılması təklifi rədd edilib. Senatın ümumi yığıncağında keçirilmiş səsvermədə təklifə 86 senator ''bəli'', 167 senator ''xeyr'' deyib.  
Canlı müzakirələrə 348 senatordan 60-a yaxını qatılıb. Qalan senatorlar iclasda iştirak etməsələr də, uzaqdan - internet üzərindən səs verə bilirlər.

Hazırda Senatda digər dəyişiklik təklifləri müzakirə edilir. İki təklif də səs qoyulduqdan sonra əsassız qanun layihəsi səsverməyə çıxarılacaq.

***

Senatda müzakirəyə çıxarılan qanun layihəsilə bağlı ikinci və üçüncü dəyişiklik təklifi də rədd edilib. Müzakirələr davam edir. Böyük ehtimalla Senat uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcək...

***

Fransa Senatı uydurma "erməni soyqırımı" iddialarının inkarının cəzalandırılmasına dair qanun layihəsini qəbul etdi.

7,5 saatlıq müzakirələrdən sonra keçirilən səsvermədə 86 senator sənədin əleyhinə, 127 senator isə lehinə səs verib.

Qanun bundan sonra prezident Nikola Sarkozinin təsdiqinə göndəriləcək. Sarkozi təsdiqlədikdən sonra qanun qüvvəyə minəcək.
Bu sənəddə uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro miqdarında cərimələnməsi nəzərdə tutulur. 


Modern.az

***

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr - SİYAHI
//modern.az/articles/19754/1/

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər