Son illər Azərbaycanda regionların sosial-iqtisadi inkişafından çox danışılır. Hökumət rayonlardakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına nail olmaq məqsədilə bir sıra proqramlar qəbul edib. Bu proqramlar həm də sahibkarlığa şərait yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin daha da yüksəldilməsi, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına yönəlib.
2004-cü ildən başlayaraq büdcədən regionların inkişafına, rayonların dirçəldilməsinə milyonlarla manat vəsait ayrılır.
Bəs bunun müqabilində rayonlardakı inkişafı necə qiymətləndirmək olar? Xərclənən vəsaitlər öz nəticəsini verirmi? Hansı rayonda daha yaxşı inkişaf müşahidə olunur?
Yəqin ki, tez-tez rayonlarda olan, oradakı vəziyyəti görən, eyni zamanda regionların daimi sakinlərinin bu suallara öz cavabları var.
Modern.az saytı bu sualların cavablandırılması məqsədilə sorğu keçirir. Bu sorğumuzda hər həftə adları əlifba sırası ilə gələn bir qrup rayon və şəhəri oxucularımıza təqdim edib soruşuruq: “Hansı rayonu inkişaf etmiş etmiş sayırsınız?”.
Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar. Eyni zamanda sadalanan rayonların vəziyyətilə bağlı bu yazının altında şərhlərinizi də qeyd edə bilərsiniz.
Artıq ilk 60 rayon və şəhərlə bağlı sorğumuz yekunlaşıb. Növbəti 10 rayon və şəhərin adını təqdim edirik: “Aşağıdakı rayonlardan hansı daha yaxşı inkişaf edir?”
1. Şahbuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı