Modern.az

“Eurovision 2012”nin keçiriləcəyi yer təsdiqləndi - “Baku Crystall Hall» - FOTOLAR

“Eurovision 2012”nin keçiriləcəyi yer təsdiqləndi - “Baku Crystall Hall» - FOTOLAR

25 Yanvar 2012, 17:23

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib. 57-ci “Eurovision” Mahnı Müsabiqəsi Bayraq meydanında sürətlə inşa olunan «Baku Crystall Hall» da baş tutacaq. Modern.az xəbər verir ki, bu qərar bu gün  “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupunun  iclasında qəbul edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsi üçün 3 məkan təklf olunurdu. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu,  Heydər Əliyev adına İdman-Konsert Kompleksi və “Bakı Crystall Hall” idi.  

“Eurovision” Mahnı Müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand bu qərar barədə fikirlərini bölüşüb: “Biz çox heyəcanlıyıq. “Eurovision-2012” yeni konsert zalında keçiriləcək” .

Qeyd edık ki, Avropa Yayımları Birliyinin nümayəndələri bu gün “Baku Crystall Hall» da olublar. Nümayəndələr aparılan tikinti işləti ilə yaxından tanış olublar və layihənin tikinti şirkətinin rəhbərləri ilə görüşüblər.  Avropa Yayımları Birliyi bu zalın ən yüksək standartlara cavab verdiyini bir daha bəyan ediblər.







Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər