Modern.az

Milli Məclisdə sənədsiz evlərin məsələsindən danışdılar

Milli Məclisdə sənədsiz evlərin məsələsindən danışdılar

30 Yanvar 2012, 14:49

Səfa Mirzəyev: “Təhlükəli ərazilərdə tikilən mənzillər sökülməlidir”

“Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Milli Məclisə heç bir sənəd daxil olmayıb”. Modern.az saytı xəbətr verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

S.Mirzəyev bildirib ki, vaxtilə müəyyən yerlərdə belə icazəsiz mənzillər tikilib. Aparat rəhbərinin fikrincə, əgər vətəndaş gerçəkdən digərinin mülki hüquqlarına toxunmayıb təhlükəsiz yerdə özünün həyat şəraitini yaxşılaşdırmaq üçün hər hansı bir mənzil tikirsə, hər halda buna icazə vemək lazımdı:
“Amma təhlükəli ərazilərdə mənzillərin tikilməsi yolverilməzdir. Söhbət qaz və neft kəmərləri və yükəsk gərginlikli elektirik xətlərinə yaxın ərazilərdən söhbət gedir. Bu məsələlərlə bağlı artıq ölçü götürülməlidir”.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər