Modern.az

Nazirlik fevralın hava proqnozunu açıqlayıb - bərk soyuqlar olacaq

Nazirlik fevralın hava proqnozunu açıqlayıb - bərk soyuqlar olacaq

31 Yanvar 2012, 15:42


Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralda Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 2-4 dərəcə olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 1 dərəcə şaxtadan müsbət 4-dək olacaq, soyuq dövrlərdə 3-8 dərəcə şaxta təşkil edəcək. Gündüzlər müsbət 3-8 dərəcə, soyuq dövrlərdə 0-2 dərəcə şaxta olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 21-24 millimetr) bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. 

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, soyuq dövrlərdə 15-20 dərəcə şaxta, gündüzlər müsbət 2-7, soyuq dövrlərdə 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 11-29 millimetr), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 2-7 dərəcə şaxta, soyuq dövrlərdə 10-15 dərəcə şaxta təşkil edəcək. Gündüzlər müsbət 0-5 dərəcə, soyuq günlərdə 2-7 dərəcə şaxta olacaqdır. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın, (norma 25-35 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacaq. 

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 2-4 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın gecələr 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək, soyuq dövrlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 4-9 dərəcə, soyuq dövrlərdə 0-3 dərəcə şaxta olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 15-36 millimetr) olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun müsbət 1 dərəcə şaxtadan müsbət 3-dək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək, soyuq dövrlərdə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 18-dək şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 1-6 dərəcə, soyuq dövrlərdə 1-5 dərəcə şaxta olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-55 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 3-5 dərəcə olacağı gözlənilir bu da iqlim normasına yaxındır. Gecələr havanın müsbət 1-6 dərəcə, soyuq dövrlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 6-10 dərəcə, soyuq dövrlərdə 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 21-35 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. 

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 2-5 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın gecələr müsbət 1-5 dərəcə, soyuq dövrlərdə 2-5 dərəcə şaxta, dağlarda 10-15 dərəcə şaxta, gündüzlər müsbət 5-10 dərəcə, soyuq günlərdə 0 dərəcəyə yaxın, dağlıq ərazilərdə 3-8 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 44-105 millimetr), bəzi yerlərdə bir qədər çox olacağı ehtimal var. 
 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər