Modern.az

Nazir orta məktəblərdə dərsləri dayandırdı

Nazir orta məktəblərdə dərsləri dayandırdı

2 Fevral 2012, 10:23

Azərbaycanda havanın qarlı-şaxtalı olması ilə əlaqədar bütün orta ümumtəhsil məktəblərində dərslər fevralın 6-dək təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə açıqlayıb. Onun sözlərinə görə, təhsil naziri Misir Mərdanov orta ümumtəhsil məktəblərində dərslərin dayandırılması barədə müvafiq əmr imzalayıb.

Təhsil nazirinin əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da başqa vaxt keçirilib. Nazirlik həmin imtahanların vaxtı barədə yaxın günlərdə əlavə məlumat verəcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 2-dən başlayan kəskin soyuqlar, şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər