Modern.az

Suriyada qalan Azərbaycan vətəndaşları...

Suriyada qalan Azərbaycan vətəndaşları...

3 Fevral 2012, 17:41

Suriyada baş verən məlum qanlı hadisələr xarici ölkə vətəndaşlarını buradan köçməyə məcbur edib. Suriyanı tərk edən insanlar arasında Azərbaycan  vətəndaşları da var. Amma orada qalan həmvətənlərimiz də az deyil.
Onlar neçə nəfərdirlər?
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az saytına bildirib ki, hazırda Suriyada Azərbaycanlı tələbələr təhsil alır.  Bu tələbələr özəl xətlərlə ora gedənlərdi, dövlət hesabına Suriyada  təhsil almırlar.
“Həmin  tələbələr əsasən şəxsi vəsaitləri hesabına təhsil  alanlardı. Bu tələbələrin təhlükəsizliyi Azərbaycanın Suriyadakı səfirliyinin diqqət mərkəzində və  nəzarətindədir. Səfirliyimiz onlarla daimi olaraq əlaqələndirici  görüşlər keçirir, təhlükəsizlik məsələlərini nəzarətdə saxlayır və onların problemləriylə maraqlanır. Suriyada təqribən 40-50 nəfər Azərbaycan vətəndaşı qalır. Amma bu dəqiq rəqəm deyil. Ona görə ki, bəzi vətəndaşlarımız bizim səfirliyin konsulluq idarəsinin qeydiyyatından keçməyiblər. Konsulluq idarəsindən qeydiyyatdan keçməyən şəxslər səfirliyin nəzarət dairəsindən kənardadılar. Azərbaycanın Suriyadakı səfirliyinin konsulluq idarəsinin qeydiyyatından keçənlərin sayı 40-50 nəfər arasındadır”.

E.Abdullayev Azərbaycanın Suriyadakı səfirliyinin normal rejimdə fəaliyyət göstərdiyini deyib:
“Azərbaycanın Suriyadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir, hər hansı bir dəyişiklik yoxdu. Səfirliyimiz Suriyadakı vətəndaşlarımızın problemlərini yerindəcə həll etməyə çalışır, onların təhlükəsizliyinə xüsusi diqqət yetirir və onlarla təhlükəsizlik məsələlərilə bağlı daimi əlaqələndirmələr aparır, görüşlər keçirir. Biz də nazirlik olaraq bu məsələni mərkəzdən əlaqələndiririk, səfirliyimiz daimi olaraq  bizə  məlumat verir. Biz də həmişə olduğu kimi, vətəndaşlarımızı olduqca diqqətli olmağa çağırırıq”.

Suriyada başverənlərə münasibət bildirən E.Abdullayevin sözlərinə görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi  Ərəb Dövlətləri Liqasının təşəbbüsunu dəstəkliyir.
“Hesab edirik ki, Suriyada siyasi vəziyyətin, əmin-amanlığın, sabitliyin  bərqərar olunması üçün və ümumilikdə siyasi dialoqun başlanması üçün  Ərəb Dövlətləri Liqasının təşəbbüsu yeganə vasitədi və buna aparan yoldu”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər