Dünən müşahidə olunan güclü şaxta nəticəsində paytaxtda iki nəfər donvurma nəticəsində ölüb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Belə ki, fevralın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsindən koma halında 50-55 yaşlı kişi donvurma ilə xəstəxanaya gətirilib və orada ölüb.
Eyni zamanda həmin gün saat 10.00 radələrində Bakının Nizami rayonu ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişinin don vurmuş meyiti tapılıb.
Xatırladaq ki, kəskin hava şəraiti ilə əlaqədar fevralın 2-də də Bakıda donvurma hadisələri qeydə alınmışdı. Belə ki, həmin vaxt paytaxtda küçələrdə gecələyən 3 nəfər “bomj” donvuma ilə xəstəxanaya yerləşdirilmiş, 45-50 yaşlarında bir kişi isə ölmüşdü.
Modern.az