Modern.az

Qafqaz Müsəlmanları İdarəsi mollalara kəbin tapşırığı verib

Qafqaz Müsəlmanları İdarəsi mollalara kəbin tapşırığı verib

Ölkə

10 Fevral 2012, 10:13

Azərbaycanda kəbini hər yoldan ötən din adamı deyil, ancaq məscid axundu kəsə bilər. Bu sözləri Modern.az saytına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Mirəziz Seyidzadə deyib. 

M.Seyidzadə bildirib ki, yalnız QMİ-nin vəsiqə verdiyi axundların kəbin kəsməyə səlahiyyətləri var. Başqa adamların kəbin kəsməsi məqbul sayılmır.

”İndi kimlərsə gizlində hardasa kəbin kəsirlər. Əgər sübuta yetirilsə ki, hansısa oğlanla-qızın kəbinini Qafqaz Müsəlmanları İdarəsinin vəsiqə vermədiyi şəxslər  kəsib, onlar əlbəttə məsuliyyətə cəlb olunacaqlar. Çünki Qafqaz Müsəlmanları İdarəsi həmin səlahiyyəti ancaq bölgələrdə olan bəzi axundlara verib”.

Azyaşlı qızlara kəbin kəsilməsinə münasibət bildirən M.Seyidzadə deyib ki, QMİ-nin sədri şeyxülislam hacı Allahşükür Paşazadə tapşırıb ilə rəsmi nikahı olmayanlara heç bir axundun səlahiyyəti yoxdur ki, o kəbin kəssin.

”Axund rəsmi dövlət nikahına dair sənədi əlinə alandan sonra kəbin kəsə bilər. Biz hətta kəbin kağızında “ZAQS” sənədinin nömrəsi üçün yer də qoymuşuq. Axund həmin sənədin nömrəsini kəbin kağızına köçürməlidir. Hansı tarixdə kəbin kəsilib,  o da yazılmalıdır. Belə bir tapşırıqdan sonra qeyri-qanuni kəbin kəsilərsə, axund məsuliyyətə cəlb olunacaq. Biz bu haqda dəfələrlə demişik, göstərişlər verilib. Yenə də bu yaxınlarda bu haqda söhbətlər oldu. Bundan sonra hətta qeydiyyat kitabçası QMİ-də tərtib olunub, kəbin kəsilən adamların - qızın, oğlanın familiyası orada yazılacaq, hansı qeydiyyat nömrəsi ilə “ZAQS” olub, o da yazılacaq. Biz çalışırıq ki, bölgələrdə və hər hansı yerlərdə qeyri-qanuni kəbin kəsilməsin”.

QMİ-nin şöbə müdiri onu da bildirib ki, bər bir valideyn dövlətin qanununu tanımalı, qızını 18 yaşından tez ərə verməkdən çəkinməlidir.

”Əgər kimsə qızı qaçırıbsa, hətta razılıqla bunu ediblərsə, yenə də məsuliyyəti onların özləri  daşıyırlar. Burada da yenə tapşırmışıq ki, əgər dövlət nigahı ortada yoxdursa, heç bir molla onlara kəbin kəsməyəcək. Hardasa gizli kəbin olarsa, ona biz məsuliyyət daşımırıq. Ona görə də bu tapşırıqlar verilib”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər