Modern.az

Korrupsiyaya şərait yaradan 3 hakimə töhmət verilib

Korrupsiyaya şərait yaradan 3 hakimə töhmət verilib

Ölkə

13 Fevral 2012, 16:56

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmib. Modern.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki,  Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar qeyd olunub, bəzi təşkilati tədbirlərə baxılıb. 

İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verildiyinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova, Qəbələ rayon məhkəməsinin hakimi Tofiq Məmmədova və Göycay rayon məhkəməsinin hakimi Elxan Babayevə töhmət verilib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım