“Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirildiyi vaxtdan əvvəl Azərbaycanda 4G mobil telefon şəbəkəsi də olacaq. Modern.az saytı xəbər verir ki, bunu Azercell-in prezidenti Ali Ağan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, mətbuat konfransında əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb, məsələni həll ediblər və razılaşma əldə olunub.
““Eurovision-2012”d’n qabaq ilk dəfə olaraq Azərbaycanda Azercell tərəfindən 4G şəbəkəsi də işə salınacaq. Ümumiyyətlə, dünayda ən inkişaf etmiş mobil operatorlar hazırda bu sistemi istifadə edirlər və Azərbaycan da regionda ilk belə ölkə olacaqdır” - deyə Ali Ağan vurğulayıb.
Modern.az