Modern.az

Azərbaycan Ordusu cəbhə bölgəsində hərbi təlimlərə başladı

Azərbaycan Ordusu cəbhə bölgəsində hərbi təlimlərə başladı

Ölkə

20 Fevral 2012, 10:45


Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib.

Məlumatda bildirilib ki, müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında  keçirilən təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım