Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bəzi mətbu orqanlarda onunla bağlı yayılan dezinformasiyalarla əlaqədar AFFA-nın rəsmi saytına açıqlama verib.
«Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi mətbuat orqanlarında şəxsiyyətimi təhqir etməyə yönəlmiş, həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bununla əlaqədar artıq Almaniyadakı vəkilimlə əlaqə saxlamışam və bildirirəm ki, haqqımda yayılan dezinformasiyalarla bağlı məsələ öz həllini hüquqi müstəvidə tapacaq».