Modern.az

Respublikanın bir sıra rayonlarında sınaq imtahanları keçirilib

Respublikanın bir sıra rayonlarında sınaq imtahanları keçirilib

Ölkə

27 Fevral 2012, 11:05

Fevralın 25-26-da ölkənin bir sıra bölgılərində XI və IX siniflər üzrə sınaq (yoxlama) imtahanları keçirilib. Modern.az saytının məlumatına görə, hava şəraiti ilə əlaqədar fevralın 4-5-də və fevralın 11-12-də təxirə salınmış imtahanlar nəhayət təşkil olunub. Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında, Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu və Göyçay rayonlarında imtahanlar keçirilib.

IX siniflərdə sınaq  imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?