Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 4-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
TQDK-dan Modern.az-a bildirilib ki, imtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində ümumilikdə 30 binada təşkil olunub. İmtahan bütün binalarda saat 13:00-da başlayıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.
İmtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 60-dan çox KİV nümayəndəsi müşahidə edib.
Nəticələrin martın 6-da elan edilməsi nəzərdə tutulub.
Modern.az