Modern.az

Aksular, qafarzadələr …

Aksular, qafarzadələr …

8 Mart 2012, 14:06

Mediamızda Sezen Aksu rüzgarı əsir. Türkiyəli müğənni "Sarı gəlin" mahnısını erməni dilində oxuyacaqmış.

Rahatsızlığımız iki səbəbdəndi. Biri, Sezen Aksunun ermənioxumaq həvəsi, ikincisi, məhz "Sarı gəlin"i ermənicə oxumaq istəməsi.

Narahatlığa və hiddətə haqq vermək olar. Necə də olmasa, qardaş ölkədə sayılıb-seçilən bir müğənni qalxıb bizim üçün həssas olan bir məsələdə ermənilər tərəfindən çıxış edir. Üzücüdür.

Bəlkə də, Sezenin ermənicə oxumasına göz yummaq olar. Ermənilərin Türkiyə ilə düşmənçiliyi 100 ilə dayanır. Düşmənin dilində oxumaqla Sezen bizdən qabaq  vətəndaşı olduğu ölkəyə sayğısızlıq edir. "Sarı gəlin"ə xitab etməsi isə birbaşa Azərbaycana sataşmaqdı.

Ermənilərlə aramızda bir "Sarı gəlin" dartışması var, bilir. Mahnını ermənicə oxumaqla, bu mübahisədə ermənilərin tərəfində olduğunu ortaya qoyur.

Türkiyədən belə ürək bulandıran xəbərlər eşidəndə "türk müğənni" belə oxudu, "türk rejissor" elə çəkdi, "türk qəzetçi Xankəndiyə getdi" ... yazırıq. Və bunu da özümüzə dərd edirik ki, bizimlə eyni soy-kökdən olan, eyni dili danışan, eyni dini bölüşən türklər görün necə kürəyimizdən vururlar...

Diqqətinizi çəkmək istədiyim məqam da məhz buddur: "türkiyəli"mi, "türkmü"?

Bu yerdə, İstanbulda keçirilən Xocalı mitinqinə Türkiyə mediasındakı bəzi  reaksiyaları örnək göstərmək istəyirəm. Əlimin altında Türkiyənin məşhur qəzetlərindən olan "Radikal" var. Qəzetin 28 fevral 2012-ci il tarixli sayında Taksimdəki Xocalı mitinqi əleyhinə düz 5 geniş yazı dərc edilib. Bir sayda 5 yazı...

Yazılardan birinin müəllifi adı və soyadından da görünür, ermənidir. Digərləri haqda da Türkiyədəki dostlarımdan soruşdum. Dedilər, "Adlarının türk olmasına aldanmayın, əksəriyyəti erməni və ya qeyri-türklərdi".

Ancaq biz "Radikal"ı "türk qəzeti", orada yazanları isə "türk jurnalistlər" sayırıq. Bu gün Sezeni "türk müğənnisi" kimi tanıyıb özümüzə dərd etdiyimiz kimi.

Türkiyənin 75 milyonluq əhalisi var. Əgər onların hər biri türk-müsəlman olsaydı, onda heç Türkiyənin "erməni soyqırımı", PKK kimi dərdi olmazdı ki...

Sezen Aksunun erməniçi təşəbbüsünə də o prizmadan yanaşmalıyıq. Adam demək ki, ermənidi, damarından erməni qanı axır.

Bir də, hər müğənninin dediyini, etdiyini ciddiyə alsaq, onda gərək bir neçə ay qabaq Nadir Qafarzadənin televiziyada, canlı yayında Türkiyə haqda sayıqlamalarına görə, Ankara Bakıya nota verəydi...

Biz qardaşlığımıza sezenaksuların, nadirqafarzadələrin sözü ilə deyil, Taksimdə "Xocalılıyıq" deyən onminlərlə Türkün gözü ilə baxacağıq...  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər