Modern.az

Artur Rasizadəyə 8393 şikayət daxil olub

Artur Rasizadəyə 8393 şikayət daxil olub

8 Mart 2012, 14:26

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına 2011-ci il ərzində vətəndaşlar tərəfindən 8393 ərizə, məktub və təklif daxil olub.
Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi 2011-ci ilin hesabatında bildirilib.

Nazirlər Kabinetinə daxil olan müraciətlərin əsas mövzusunu mənzil, sosial təminat, əmək və əmək haqqı, torpaq, sənaye, tikinti, nəqliyyat və rabitə, inzibati orqanların işi ilə əlaqədar məsələlər, qaçqınlar və məcburi köçkünlərlə, təbii fəlakətin doğurduğu fəsadlarla bağlı problemlər təşkil edib. Həmin dövrdə Aparatın qəbul otağında müxtəlif məsələlərlə bağlı 1836 vətəndaş qəbul olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər