Modern.az

Qloballaşma, Babil sindromu və qiyamətin yaxınlaşması...

Qloballaşma, Babil sindromu və qiyamətin yaxınlaşması...

13 Mart 2012, 12:08

Dəyərlər sisteminin savaşının getdiyi bir dövrdə yaşayırıq. Nəzəriyyələr yenidən işlənir, onlara yeni çalarlar əlavə edilir, hədəflər təkrar nəzərdən keçirilir…

Tarixi, ən azı Babil gülləsi qədər qədim olan «qloballaşma» nəzəriyyəsi də bu tip nəsnələrdəndir. Qloballaşma bu gün cəmiyyətimizin ən müxtəlif təbəqələrində ciddi müzakirələrə səbəb olan bir aktual mövzu olaraq qalır. Kimi onu «qarşısı alınması mümkün olmayan bir proses» kimi görür, kimi «bəşəriyyətin əleyhinə yönəlik məkrli bir plan» kimi qiymətləndirir.  
Politoloqlar, iqtisadçılar, sosioloqlar, filosoflar, bir sözlə hamı bu nəsnənin mahiyyətinə varmağa çalışır. İqtisadçılar iqtisadiyyatın qloballaşmasından, coğrafiyaşünaslar «iqtisadi arxipelaqların» yaradılmasından, sosioloqlar insanların həyat səviyyələrinin biri-birinə yaxınlaşması və uyğunlaşmasından, politoloqlar dünyanı iki düşərgəyə ayırmış «soyuq savaş» dönəminin bitməsindən sonra transmilliləşməni sürətləndirməyin vacibliyindən, dövlətlərin qarşılıqlı asılılığının güclənməsindən, suvirenliklərinin azalmasından danışırlar.

Əslində isə ortaya qoyulmuş, bir növ insanlığın seçiminə buraxılmış dəyərlərin rəqabəti də demək olar qloballaşmaya, «Babil sindromu»ndan qurtulmağa can atan və öz tanrılarını ölümsüzləşdirmək istəyənlərin təkrar çabasıdır. Artıq kim nəyi seçərsə...

Lakin seçim yenə də hər kəsin öz əlindədir. Yetər ki, bu seçim edəcək millət və ya fərd öz milli və mənəvi ruhunun sahibi olsun. Məsələyə «özünü bil, başqasını tanı» prinsipi ilə yanaşsın.  Lakin əvvəl bu suala cavab versin: özümü tanıya bilmişəmmi?

Nə zamansa «başlanğıcda öncə söz vardı, söz Tanrıyla birlikdəydi və söz Tanrıydı. Hər şey sözlə yaradıldı». O zaman insanlar vahid dildə danışır, eyni inancı paylaşırdılar. Lakin Adəm övladında təkəbbür baş qaldırdı. Onlar iri şəhər salıb, həmin şəhərdə başı göylərə çatacaq qüllə inşa etmək istədilər. Dünyaya ün salmaq üçün, yeni düzən qurmaq üçün, Rəbbləri ilə yarışmaq üçün. Lakin unutdular ki, «Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi millətlərə və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır» (Qurani-Kərim, 49. əl-Hucurat, 13)...

Bu mifik kodlarla üstü örtülmüş hadisə, Babil qülləsini inşa etmək həsrəti ilə yaşayanların yaddaşında «xaos»un (Babil sindromunun) simvolu olaraq qaldı. Dolayısıylada, bu «müşkülün» çözümü, yeni düzənin başlanğıcı olaraq müjdələndi. Bu gün qloballaşan (qloballaşdırılan) bəşəriyyətdə həmin qüllənin təkrar «inşa edilməsi» istənilir.   

Tanrı ilə birgə ölümsüzləşmək rəqabətinə girmək istəyən insanı müxtəlif dillərə, millətlərə ayıran Allah, onların yenidən birləşməsinə razılıq verərmi? Müqəddəs kitabımızda yazılır ki, Qiyamət anına qədər insanlıq bir daha bütün olmayacaq. Deyilənə görə, qiyamət də yaxınlaşır…  

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər