Azərbaycan paytaxtı Bakı şəhərində əhalinin sayı ilə bağlı yeni statistika açıqlanıb. Bu barədə Modern.az saytına Dövlət Şəhərsalma və Arxitektura Komitəsində həyata keçirilən Bakının yeni baş planı layihəsinin İcra Qrupundan məlumat verilib.
Məlumata görə, 2011-ci ilin sonuna Bakı şəhərində rəsmi qeydiyyatda olan əhalinin sayı 2 milyon 354 min nəfərdir. Rəsmi məlumata görə, 2000-ci ildə Bakı şəhəri üzrə bu rəqəm 1 milyon 796 min 300 nəfər olub.
Əlbəttə, bu statistika Bakı əhalisinin yaşayış yeri üzrə daimi qeydiyyatda olan hissəsini əhatə edir.
Araşdırmalar paytaxtda yaşayanların sayının yuxarıda göstərilən rəqəmdən iki dəfə çox olduğunu sübuta yetirib. İş yerlərinin daha çox paytaxtda yerləşməsi əhalinin regionlardan Bakıya axınına səbəb olub. Bura məcburi köçkünlər, orta və ali ixtisas təhsili müəssiələrində oxuyan tələbələri də əlavə etsək, onda hazırda Bakıda ən azı 4 milyon insanın yaşadığını idda etməyə əsas verir.
Modern.az