Modern.az

Müsavat qurultayla bağlı Əbülfəs Qarayevə müraciət etdi

Müsavat qurultayla bağlı Əbülfəs Qarayevə müraciət etdi

4 Aprel 2012, 11:33

Müsavat Partiyası qurultayla bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən sonra Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət edib. Bu barədə Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Modern.az-a qurultayla bağlı son durumu müzakirə edərkən bildirib. Gülağa Aslanlı qeyd edib ki, Bakı meriyasının cavabına uyğun olaraq Opera və Balet Teatrının rəhbərliyi ilə müzakirələr aparılıb.

“Bakı şəhəri İcra Hakimiyyətinin qurultayla bağlı cavabına əsasən biz Opera və Balet Teatrının rəhbərliyi ilə görüşüb həmən məktubun sürətini onlara təqdim etdik. Bizə bildirdilər ki, teatr Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olduğu üçün bununla bağlı birbaşa nazirliyə müraciət etmək lazımdır. Biz də öz növbəmizdə dünən nazirliyə rəsmi müraciət etdik. Qeyd edim ki, müraciətimizə qanuna uyğun olaraq minimum15 gün müddətində cavab verilməlidir”-deyə başqan müavini qeyd edib.

G.Aslanlı qurultayla bağlı yeni işçi qrupunun yaradıldığını bildirib. Deyib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə də mütəmadi təmasda olacaqlar.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər